Şrift:
Erməni siyasətçidən Azərbaycana dəstək bəyanatı
04.05.2013 [10:09] - Gündəm, Siyasət
“Müharibə yalnız Ermənistanı yox, eləcə də bütün Cənubi Qafqaz respublikalarını məhv edə bilər”.Bu sözləri “Çoxmillətli Gürcüstan” təşkilatının rəhbəri Arnold Stepanyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistanda iqtisadi çətinliklərdən qaynaqlanan miqrasiya pik həddinə çatıb. A. Stepanyan Dağlıq Qarabağ münaqişəsinin gec-tez həll olunacağını bildirib: “Ermənistanda iqtisadiyyat getdikcə iflasa uğrayır. İqtisadiyyatı tənəzzülə uğrayan dövlətin gələcəyi necə ola bilər? Ermənistan Dağlıq Qarabağ münaqişəsinə görə Cənubi Qafqazda həyata keçirilən iri beynəlxalq layihələrdən kənarda qalıb. Ölkə blokada vəziyyətinə İş yerlərinin olmaması, iqtisadiyyatın zəifləməsi əhalinin, xüsusən gənclərin xarici ölkələrə köçməsinə səbəb olub. Ermənistanda miqrasiya artıq pik həddinə çatıb. Məhz bu səbəbdən Qarabağ münaqişəsi tezliklə həll edilməsi Ermənistan dövləti üçün faydalı ola bilər.”

Arnold Stepanyan Xocalıda tikilən aeroportun istifadəyə verilməsi cəhdlərinə münasibət bildirib: “Bu ərazidə təyyarələrin uçuşunu həyata keçirmək düzgün deyil. Hər hansı layihəni həyata keçirmək üçün onun faydalı cəhətlərini düşünmək vacibdir. Lakin Xankəndində bu barədə düşünməyiblər. Azərbaycan dəfələrlə bu aeroportdan uçuş həyata keçirilərsə, təyyarələrin vurulacağını bildirib. Bu, nəinki Dağlıq Qarabağda, eyni zamanda Ermənistan və Cənubi Qafqazda stabilliyə zərbə vura bilər. Onu da qeyd edim ki, Dağlıq Qarabağı heç kim tanımır və beynəlxalq təşkilatların Xocalı aeroportu haqqında səsləndirdikləri fikirlər düzgündür. Fikrimcə, ilk növbədə münaqişə olan ərazilərdə yaşayan sakinlərin ünsiyyətini bərpa etmək, onlar arasında yaxşı münasibət yaratmaq vacibdir. Sadə erməni və Azərbaycan vətəndaşı qarşılıqlı əlaqədə olmalıdır. Belə olmazsa, münaqişə daha da uzanacaq və onun həlli məsələsi gecikəcək. Əgər münasibətlər yaxşılaşarsa, münaqişələrin həlli tez tapıla bilər”.

NATO-nun Cənubi Qafqazdakı missiyasının rəhbəri Vilyam Laxyü APA-ya açıqlamasında Dağlıq Qarabağda müharibə başlayarsa, bütün regionun əziyyət çəkə biləcəyini bildirib: “Bu müharibə ən başlıcası, regionda sülhü pozacaq və bölgələrdə həyata keçirilən investisiya və ticarət əlaqələrinə maneə törədəcək. NATO isə bunu istəmir”.
Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed