04.05.2013 [10:31] - Gündəm, Siyasət
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin millət vəkili Siyavuş Novruzov aprelin 30-da Təbrizdə həbs edilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı yazar Xalidə Xalidin İranda saxlanmasına məsələsinə münasibət bildirib.
YAP-çı millət vəkili S.Novruzov Publika.Az-a açıqlamasında deyib ki, Azərbaycan hər zaman İranla münasibətlərini normallaşdırmağa çalışsa da, qarşı tərəf buna yetərli addımlar atmır:
"Məlumdur ki, İran tərəfi zaman-zaman heç bir günahı olmayan və bu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarını səbəbsiz yerə saxlayıb. Azərbaycanın ayrı-ayrı vətəndaşları elmi fəaliyyəti, səhhətləri və digər səbəblərlə əlaqədar İrana səfər edən zaman onlara qarşı bu cür addımlar atılır. Hesab edirəm ki, bütün bunlar yetərli addımlar deyil. İran tərəfi bu və ya digər şəkildə "qıcıq" yaratmağa çalışır".
S.Novruzov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bu yaxınlarda İrana səfəri zamanı keçirdiyi rəsmi görüşləri də şərh edib:
"İranla Azərbaycan arasında mütəmadi olaraq bu kimi görüşlər keçirilir, müəyyən fikir mübadiləsi aparılır. Bütün məsələlərdə Azərbaycan tərəfi öz mövqeyini ortaya qoyub. Lakin biz hələ də İran tərəfindən buna yetərli mövqe görmürük. Düşünürəm ki, bütün bunlara görə biz bir az səbrli olmalıyıq".
Xatırladaq ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu dünən İranın Xarici İşlər Nazirliyinə saxlanılan azərbaycanlılarla bağlı nota verib. Notada qeyd edilib ki, İran tərəfi saxlanılan azərbaycanlı vətəndaşlarla bağlı qarşı tərəfi məlumatlandırsın.

Bu xəbər oxucular tərəfindən 980 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |