Şrift:
Keniya məhkəməsi SEPAH üzvlərin terror aktı planlaşdırmaqda günahlandırıb
04.05.2013 [10:40] - Gündəm, Güney Azərbaycan xəbərləri, Hüquq
Keniyada həbs edilmiş İran vətəndaşlarının hər biri 15 il azadlıqdan məhrum edilə bilər. “Radiofərda”nın yaydığı məlumatına görə, məhkəmə Əhməd Əbülfəti Məhəmməd və Səid Mansur Musəvini Keniyada terror aktları həyata keçirməyi planlaşdırmaqda günahlandırıb. Qərarın mayın 6-da elan ediləcəyi bildirilir.

Qeyd edək ki, bu şəxslər 2012-ci ilin iyun ayında tutulub. Onların üzərində 15 kq partlayıcı maddə aşkarlanıb. Partlayıcıların gücü iri bir binanı dağıtmaq üçün yetərli olub. Keniya hökuməti İran vətəndaşlarının ABŞ, Britaniya, İsrail və ya Səudiyyə Ərəbistanının bu ölkədəki diplomatik korpuslarına qarşı terror aktları planlaşdırdıqlarını düşünür. Onların İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds qanadının üzvləri olduğu ehtimal edilir.
Bu xəbər oxucular tərəfindən 911 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed