04.05.2013 [11:19] - Gündəm, Hadisə, Hüquq
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2012-ci ildə "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində keçirdiyi əməliyyatlar nəticəsində terrorun qarşısı alınıb.
Mayın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət və terrorda təqsirli bilinən Cəlilabad rayon sakinləri - İbrahim Sadıqov, Azər Nəzərov və Fariz Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.
GünAz TV mətbuat mərkəzinin Trend agentliyinə istinadən yaydığı məlumata görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən qapalı məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Azər Nəzərov 12 il, İbrahim Sadıqov və Fariz Bayramov hər biri 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin dövlətə xəyanət (274), (29,214.2.1, 29,214.2.3) qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, təkrar terrorçuluq törətməyə cəhd və (228) (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli biliniblər.
Onlar Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının ötən ilin aprelində keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs ediliblər. Onlar İran İnqilab Keşikçiləri Korpusu - "Sepah" təşkilatı tərəfindən ələ alınıblar. Onlar İsrailin Azərbaycanda yerləşən səfirliyini partlatmağa cəhd ediblər.
MTN-nin Bakıda keçirilməsi üçün nəzərdə tutulan "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində keçirdiyi əməliyyatlar nəticəsində qeyd olunan terrorun qarşısı alınıb.

Bu xəbər oxucular tərəfindən 1082 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |