04.05.2013 [12:39] - Güney Azərbaycan xəbərləri, Müsahibə
İranın molla rejimi burada yaşayan və qonaq gələn azərbaycanlılara qarşı repressiyaları davam etdirir. Məlumatlara görə, aprelin 30-da İran xüsusi xidmət orqanlarının əməkdaşları 6 nəfər azərbaycanlını tutub. Maraqlısı odur ki, tutulan şəxslərin ikisi Azərbaycan Respublikasının vətəndaşlarıdır. Güneyli fəal Elçin Hatəminin «Xalq Cəbhəsi»nə verdiyi məlumata görə, bunlar Xalidə Xalid və Şamax adlı şəxsdir. Onlardan başqa Aşıq İsa Qaraxanlı, Oqtay Rəşidi, Əmir Hadiyan və Fərhadi soy adlı şəxs həbs edilib.
Qeyd edək ki, Xalidə Xalid yazıçıdır, onun köməkçisi Şamax isə Yazıçılar Birliyinin üzvüdür və Şəhriyarşünasdır. Həmin şəxslər milli fəallarla birlikdə Təbriz şəhərində Oqtay Rəşidinin atasının şəxsi mənzilində tutulublar. Evə basqın edən məmurlar milli fəalın şəxsi əşyaları, kompyuter və kitablarını da götürüblər.
Azərbaycan Xarici İşlər Hazirliyinin mətbuat xidməti AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin həbsilə bağlı məlumatı diqqət mərkəzində saxladığını bildirib. Hazirlik Azərbaycanın Təbrizdəki baş konsulluğuna bu məsələni araşdırmağa təlimat verib. Buna əsasən də konsulluq artıq İran Xarici İşlər Hazirliyinin Təbrizdəki nümayəndəliyilə əlaqə saxlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu da Xalidə Xalidin həbsinə münasibətini açıqlayıb. İnstitutun direktor müavini Məhərrəm Qasımlı APA-ya açıqlamasında bildirib ki, Xalidə Xalid İrana təmsil etdiyi qurum tərəfindən elmi ezamiyyətə göndərilməyib: «Xalidə Xalid Ədəbiyyat İnstitutunun xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin kiçik elmi işçisidir. O İrana instituta heç bir məlumat vermədən gedib. Hazırda onun işdə hansı gündən icazəsiz olduğu və İrana nə vaxt getdiyi dəqiqləşdirilir».
Bu hadisələr İran rejiminin Azərbaycan vətəndaşlarına və yerli azərbaycanlı sakinlərə qarşı düşmən mövqedən yanaşdığının bariz nümunəsidir. Xatırlayırsınızsa, bir neçə il öncə İrana şair məclisinə gedən iki gənc yazar, Şəhriyar Delgerani və Fərid Hüseyn də həbsə məruz qalmışdılar. Onlar təxminən 4 aya qədər İran zindanlarında əziyyət çəkməli oldular. Yalnız Azərbaycan ictimaiyyətinin kəskin etirazından sonra İran rəsmiləri həmin yazarları evlərinə buraxmaq məcburiyyətində qaldılar.
Milli Dəirçəliş Hərəkatı partiyası Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli düşünür ki, Azərbaycan vətəndaşları da daxil olmaqla 6 nəfər soydaşımızın heç bir əsas olmadan həbsi İranın sivil, insani qaydalarla idarə olunmadığına daha bir bariz nümunədir: «İran rejiminin yerli azərbaycanlıları və Azərbaycan Respublikası vətəndaşlarını həbsə məruz qoymaları birinci dəfə deyil ki, baş verir. Bir müddət qabaq Azərbaycandan gedən alimi belə onlar həbs etmişdilər. Ardınca Elmlər Akademiyasının alimlərindən biri, doktor Elza İsmayılovanı da tutmuşdular. Sonra iki gənc yazarımız da anoloji vəziyyətlə üzləşmişdilər. İndi isə Xalidə Xalidi digər ölkə vətəndaşını və 4 nəfər güneyli fəalı həbsə məruz qoyublar. İranın bu hərəkətləri heç cürə anlaşılmır. Bir tərəfdən, onlar Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmağa hazır olduqlarını və Azərbaycan xalqı ilə qardaş olduqlarını bəyan edir, digər tərəfdən isə ölkəsinə gələn alimlərimizi, Şəhriyarşünasları əsassız olaraq həbs edirlər. Belə bir həbslər qeyri-qanunidir. İran soydaşlarımızı həbsə məruz qoysa da, ənənəsinə sadiq qalaraq hələ də həbsin motivlərini açıqlamır. Heç həbs olunanların harada saxlanıldığı da məlum deyil. Molla rejimi görünür Azərbaycandan ölkəsinə hər hansı bir alimin, yazıçının gəlməsindən qorxuya düşüb. Onlar Azərbaycan dövləti və millətinin varlığından qorxurlar. Ona görə də ora gedən hər bir Azərbaycan vətəndaşlarını, xüsusən də alim və yazarlarımızı təzyiq altında saxlayırlar. Son hadisələr göstərir ki, İran rejimi alim və yazar qadınlara belə aman vermir. Onların bu hərəkəti heç cürə bağışlanılan deyil. Həbs olunanlar barədə dərhal konsulluğa məlumat verməli olduqları halda, hələ də susurlar. Bu onu göstərir ki, rejimin həyata keçirdiyi həmin əməllər özbaşınalığın nəticəsidir. Belə hərəkətlər Azərbaycan-İran münasibətlərinə ciddi təsir edən məqamlardır. İrandan kifayət qədər alim və yazar, elmi işçi Azərbaycana gələrək, burada müxtəlif tədbirlərdə iştirak edirlər. Lakin İrandan fərqli olaraq Azərbaycan hökuməti onların burada fəaliyyətləri üçün normal şərait yaradıb, heç kimi həbsə almayıb. Son həbsləri İranın Azərbaycan millətinə qarşı daxildə olan nifrətinin göstəricisi hesab edirəm. Ora gedən qadın alimimizin Güney Azərbaycan, Türk dünyası və Şəhriyarla bağlı araşdırmaları olub. Xalidə Xalidin həbs olunduğu gün İranda həm də Qadınlar Günü kimi qeyd olunur. Bunun özü də İran rejiminin qadınlara münasibətinin nəticəsidir. Həbs olunan güneylilər də incəsənət adamlarıdır, ikisi aşıqdır, digərləri də şair və yazıçıdır. Yəni həbs olunanların hamısı ziyalı insanlardır. Belə hallar İranda milli-azadlıq hərəkatı güclənməsinin nəticəsidir. Bundan ehtiyatlanan molla rejimi ora gələn hər bir alim və yazıçımıza potensial düşmən kimi baxır. Ona görə də belə qanunsuz həbslərə yol verirlər».
Rəsul Məmmədov

Bu xəbər oxucular tərəfindən 1461 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |