04.05.2013 [14:05] - Gündəm, Sosial
«Bəzən özəl telekanallarda reytinq dalınca qaçmaq xəstəliyi milli-mənəvi dəyərlər məsələsini arxa plana keçirir».Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli «Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr» mövzusunda keçirilən tədbirdə çıxışında bildirib. N.Məhərrəmlinin sözlərinə görə, onları narahat edən məsələlərdən biri də efirdə verilişlərin keyfiyyəti ilə bağlıdır: «Təbii ki, milli-mənəvi dəyərlər bütün verilişlərin əsas xətti olmalıdır. Bir tərəfdən biz onları qınamırıq, çünki özəl telekanallar yalnız reklam əsasında fəaliyyət göstərirlər və öz fəaliyyətlərini bundan asılı hesab edirlər. Ona görə də, hansı yolla olursa-olsun, pul qazanmağa çalışırlar. Digər bir tərəfdən isə, insanlar üçün əsas təsir etmə mexanizminə malik olan televiziyalar elə etməlidirlər ki, vətəndaşlarımız onlardan pis vərdişlər yox, tərbiyəvi vərdişlər əldə etsin. Ona görə də, biz bu sahədə işlərimizi gücləndirməyə çalışırıq. Amma biz bunu öz səlahiyyətlərimiz çərçivəsində edə, yalnız tövsiyələr verə bilərik».
O, efir mədəniyyətinin də yaxşı vəziyyətdə olmadığını qeyd edib: «Təbii ki, biz demokratik ölkədə yaşayırıq. Bunların hamısını bir çərçivəyə salmaq fikrində deyilik. Bu məsələdə əsas iş televiziya kanallarının rəhbərlərinin üzərinə düşür. Onlar bu məsələdə ciddi düşünməli və televiziyaya hər adamı gətirib cıxarmamalıdırlar».
«Ölkədəki siyasi proseslərinin telekanallarda verilməməsində ittiham olunmağımızla razı deyilik. Bizim qurum bu proseslərə qarışmır». Nuşirəvan Məhərrəmli deyib ki, bəzən yeri gəldi-gəlmədi təmsil olunduğu qurum bəzi siyasətçilər tərəfindən ittihamlara məruz qalır: «Bizi günahlandırırlar ki, bəzi siyasi qüvvələri təmsil edən şəxslər proseslərlə bağlı televiziyalarda görünmür. Bizi belə açıqlamalarla bu məsələlərə cəlb etmək istəyənlər var. Amma birmənalı şəkildə qeyd edirəm ki, Milli Teleradio Şurası siyasi qurum deyil və biz də bu proseslərə qarışmırıq. Əgər «Siyasi partiyalar haqqında» qanunda bununla bağlı ayrıca maddə olarsa və yaxud parlamentdə təmsil olunan partiyaların televiziyaya çıxarılması məsələsi ayrıca şərt olaraq öz əksini taparsa, o zaman dövlət büdcəsindən maliyyələşən telekanallarla bağlı bu məsələni həll edə bilərik». N.Məhərrəmli özəl kanallara hər hansı göstəriş vermək səlahiyyətlərinin olmadığını da qeyd edib.
«Televiziyalarda yaradılacaq bədii şuraların yalnız dil, yaxud ümumi milli-mənəvi dəyərlərlə bağlı olması hazırda müzakirə edilən məsələlərdəndir». Nuşirəvan Məhərrəmli qeyd edib ki, artıq televiziya və radio kanallarında ədəbi dilin qorunması məqsədilə prezidentin imzaladığı sənədin icrası ilə bağlı tədbirlərə start verilib. MTRŞ sədri deyib ki, uzun müddətdir milli-mənəvi dəyərlərin televiziyalarda qorunması ilə bağlı da məsələlər ortaya çıxıb və müzakirələr aparılır: «Televiziya kanallarında bu istiqamətdə də ciddi nöqsanlar mövcuddur. Bunları aradan qaldırmaq üçün müzakirələr aparılır. Azərbaycan ədəbi dilinin efirdə tam hökmran olması bizim əsas məsələlərimizdən biridir. Efirə çıxan aparıcılar Azərbaycan dilini səlis, aydın bilməlidir. Biz küçə danışıq dilindən birdəfəlik xilas olmalıyıq. Bu problemlər radiolarda da mövcuddur. Artıq qərarlarımız radiolara da şamil olunacaq». N. Məhərrəmli cəza mexanizminin çəkindirici olmasının tərəfdarı olduqlarını da vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |