Şrift:
Mikayıl Cabbarov: Müəllimlərin məvacib məsələsi diqqətdə saxlanılacaq
04.05.2013 [15:43] - Gündəm, Sosial
Təhsil naziri jurnalistlərə açıqlama verib

Müəllimlərin məvacibləri daim diqqətimizdə olacaq”.Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. O, əvvəl qeyd etdiyi kimi, müəllimlərin məvacib məsələsi daim diqqətdə saxlanılacağını bildirib.

Daha sonra nazir KİV-lə nazirliyin bundan sonra mütəmadi olaraq görüşəcəyini bildirib. “Biz təhsil naziri olaraq sizi əmin etmək istəyirəm ki, KİV vasitələri və cəmiyyətlə münasibətlərimizi tam şəffaf və açıq şəkildə quracağıq. Biz növbəti həftələr ərzində daimi olaraq brifinqlər keçirəcəyik. Çox güman ki, bu brifinqlər iki həftədə bir dəfə olacaq. Təhsil Nazirliyinin müvafiq səlahiyyətə malik olan işçilərinə birbaşa suallar vermək imkanınız yaranacaq. Məlumat qıtlığı olmayacaq”

Nazir deyib ki, təhsil sahəsində tələskən qərarların verilməməlidir.

“Amma sizə deyə bilərəm ki, şagirdlərin birinci sinfə qəbul olunma məsələsi yaxından araşdırılır, təkmilləşdirmə və dəyişiklik olduğu təqdirdə ictimaiyyət bu məsələdə daha tez zamanda məlumatlandırılacaq”.
Bu xəbər oxucular tərəfindən 753 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed