Şrift:
Yeni Papa türkləri faşistlərlə müqayisə etdi
04.05.2013 [16:09] - Gündəm, Türk dünyası-Turan
“XX əsrdə özlərini tanrılar kimi görənlər bütün kəndləri yerlə bir ediblər”


Yeni Roma Papası Fransisk yazdığı kitabda türklərin ermənilərə qarşı soyqırımı törətdiyini iddia edib. Məlumata görə, Fransisk 2010-cu ildə argentinalı ravvin Avraam Skorka ilə birlikdə yazdığı “Cənnətdə və dünyada” (Sobre el Cielo y la Tierra) adlı kitabı yenidən nəşr etdirib. Kitabda ateizm, ölüm, abort, dinlər, kapitalizm, transvestit və Holokost mövzularından bəhs edilib.

Kitabın dinlər hissəsində türklərin və almanların özlərini tanrı kimi gördüyünü iddia edən yazıçı türkləri nasitslərlə müqayisə edib. “XX əsrdə özlərini tanrılar kimi görənlər bütün kəndləri yerlə bir ediblər. Türklər ermənilərə, nasistlər də yəhudilərə qarşı. İnsanları öldürmək üçün ilahi xüsusiyyətlərə istinad edən ifadələrdən istifadə etdilər”.

Xatırladaq ki, Papa Buenos Ayres kardinalı olduğu 2006-cı ildə bu şəhərdə keçirilən 24 aprel qondarma erməni “soyqırımı” ilə bağlı tədbirdə aparıcılıq etmiş və Türkiyəyə müraciət edərək bu ölkəni qeyd-şərtsiz qondarma erməni “soyqırımını” qəbul etməyə çağırmışdı.
Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed