Şrift:
Nazir Əli Abbasov: -Azərbaycanda internetdə qeyri-qanuni hərəkətlər hüquqi nizamasalma tələb edir
06.05.2013 [11:19] - Xəbərlər, Sosial
İnternetdə şərəf və ləyaqətin təhqir olunması ilə bağlı halların artması Azərbaycanda hüquqi nizamasalma tələb edir. Bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, bu gün internet şəbəkəsinin yayıldığı bir çox ölkələrdə hüquqi nizamasalma məsələsi kəskin şəkildə qoyulur.
"Bu gün virtual mühit bir növ maliyyə və kommersiya strukturlarının öz fəaliyyətlərini həyata keçirdikləri meydançadır. İnternetdən təhsildə və Azərbaycan iqtisadiyyatının başqa sahələrində geniş istifadə olunur", - Abbasov bildirib.
Lakin onun sözlərinə görə, neqativ halların böyük əksəriyyəti insanların bir-birlərini təhqir etdiyi social şəbəkələrdə baş verir. "Əgər dünya statistikasına nəzər salsaq görərik ki, bu gün nikahların pozulması hallarının 5-10 faizi internetdə neqativ təsirin hesabına baş verir", - Abbasov bildirib.
Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed