Şrift:
Azərbaycanlı yazar Eluca Atalının ədəbi görüşündə İsveçin kral və kraliçası iştirak etdilər
07.05.2013 [10:05] - Mədəniyyət, Diaspor
İsveçdə 2-4 may Beynalxalq Kitab günü keçirilmişdir. Tədbirin son günündə, yəni 2013-cü il mayın 4-də Azərbaycanlı yazar Eluca Atalı ilə ədəbi görüş keçirildi.
Qeyd edək ki, onun görüşü iki dildə, Azərbaycan və isveç dilində olmuşdur. O, öz kitablarından seçilmiş esse və fəlsəfi-bədii miniatürlərini azərbaycan türkcəsində oxuyub, eyni zamanda həmin əsərlər gənc azərbaycanlı Lətifə Bəyəliyevanın ifasında isveç dilində səslənmişdir. Atalının çıxışı iki hissədən ibarət olmuş və bu zaman o səhnəni Yuqaslaviyalı şairə Anamarija Todorovla bölüşmüşdür. İkinci hissədə Eluca Atalı "Özünü gətir" fəlsəfi-bədii miniatürünü oxuyarkən İsveçin kralı XVI Karl Qustaf və kraliça Silvia Sommerlathda tədbirdə iştirak edib, hər iki dildə bu əsəri dinləmişldilər.
Təqribən iki saatdan artıq çəkən bu görüşdə yazraımız öz əsərlərini oxumaqla yanaşı, Çox mədəniyyətli mərkəzin redaktoru və mərasimin aparıcısı İngrid Rambergin yaradıcılıq, dil, ədəbiyyat, şeir və digər bu kimi çoxsaylı suallarına cavab vermişdir. Bundan sonra dinləyici auiditoriyasından olan sualları cavablandırmışdır.
Bu xəbər oxucular tərəfindən 1004 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed