Şrift:
Azərbaycanlı fəal həbs cəzasına məhkum edildi
07.05.2013 [12:07] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xətibi sistemin əleyhinə təbliğ ittihamı ilə həbs cəzasına məhkum edilib.

Azərbaycanlı fəal Təbriz inqilab məhkəməsinin birinci şöbəsində hakim Həmlbərin sədrliyi ilə keçirilən məhkəmə iclası nəticəsində 4 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkumluq dövrünün 3 ayı 2 il müddətinə asılı (təliqi) qalacaq.

Hakim, azərbaycanlı fəalın milli-mədəni fəallarla görüşməsi, siyasi məhbuslarla bağlı SMS göndərməsi və “Susma” dərgisi ilə əməkdaşlıq etməsini çıxardığı qərara əsas kimi göstərib.

Qeyd edək ki, 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılan Məhəmməd Xətibi aprelin 10-da (fərvərdinin 21-də) Təbriz inqilab məhkəməsinin birinci şöbəsində mühakimə olunub.
Bu xəbər oxucular tərəfindən 860 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed