Şrift:
Keniya məhkəməsi “Sepah”ın iki üzvünə ömürlük həbs verib
07.05.2013 [12:19] - Hadisə, Hüquq
Mayın 6-da Keniya məhkəməsi İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının üzvləri Mənsur Musəvi və Əhməd Əbülfəthi Məhəmmədi terrora cəhddə günahlandıraraq ömürlük həbsə məhkum edib.

Mənsur Musəvi və Əhməd Əbülfəthi Məhəmməd 2012-ci ilin iyulunda 15 kiloqram partlayıcı maddə daşıyarkən tutulublar.
Keniya məhkəməsinin hökmündə deyilir ki, “Sepah”çılar Amerika, İsrail, Böyük Britaniya və Səudiyyə Ərəbistanının Keniyadakı təmsilçilərinə qarşı terror əməliyyatları planlaşdırıbmış.
Bu xəbər oxucular tərəfindən 1071 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed