08.05.2013 [11:54] - Gündəm, Hərb
ABŞ Hərbi-Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci donanmasının keçirdiyi irimiqyaslı hərbi təlimlərə dünyanın 41 ölkəsi qatılıb, məlumatına görə, mayın 6-da başlayan hərbi təlimlər mayın 30-dək davam edəcək.
5-ci donanmanın komandanı, vitse-admiral Con Miller ABŞ-ın keçirdiyi hərbi əməliyyatlara 40-dan çox ölkənin qoşulmasından razılığını bildirib. Onun sözlərinə görə, təlimlərin əsas hədəfi azad sularda sərbəst hərəkətin təmin edilməsi üçün beynəlxalq gücün daha da artırılmasıdır. Bu məqsədlə də təlimlərdə dənizdə təhlükəsizliyin təmin edilməsi və beynəlxalq ticarətin mühafizə olunması, mina axtarışı və zərərsizləşdirilməsi metodlarının təkmilləşdirilməsi ilə bağlı əməliyyatlar keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 850 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |