08.05.2013 [15:09] - Sosial
Azər Allahverənov: «Miqrantların müvəqqəti saxlama mərkəzlərində insanların hüquqlarının təmin olunması ilə bağlı məsələlər prioritet sayılır»
Əlövsət Əliyev: «Bu mərkəzlər hazırda təyinatına görə deyil, daha çox Dövlət Miqrasiya Xidmətinin iradəsinə uyğun olaraq fəaliyyət göstərir»
Azərbaycanın iqtisadi inkişafı bəzi əcnəbiləri də bu ölkəyə gəlməyə vadar edib. Belədə ölkəmizdə də hazırda çoxsaylı miqrant ordusu məskunlaşıb. Dövlət Miqrasiya Xidmətinin son məlumatına görə, indi Azərbaycanda 400 minə qədər miqrant var. Halbuki, ölkənin miqrant kvotası 11 mindir. Adətən bir çox ölkələr miqrantları nəzarətdə saxlamaq üçün onları vahid bir məntəqədə saxlamağa üstünlük verirlər. Belə bir addımın atılması həm miqrantın hüquqlarının daha mükəmməl müdafiəsi, həm də ölkənin təhlükəsizliyi baxımından olduqca mühümdür. Bu mənada Azərbaycanda da miqrantları müvvəqqəti saxlama mərkəzlərinin olması vacibdir. Görəsən, ölkəmizdə bu istiqamətdə hansısa bir addımlar atılıbmı?
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Azərbaycanda hələlik üç yerdə müvvəqqəti miqrant saxlama mərkəzlərinin olduğunu söylədi: «Ölkəmizdə Dövlət Miqrasiya Xidməti tərəfindən idarə olunan miqrantlar üçün müvvəqqəti saxlama məntəqələri fəaliyyət göstərir. Burada qeyri-qanuni əsaslarla yaşayan və aşkar olunan insanlar məskunlaşıb. Onların belə mərkəzlərdə saxlanılması ilə bağlı keçiriləcək konkret əsasnamələr var. Bu əsasnamələrdə onlara tibbi və hüquqi yardımın göstərilməsi məsələsi də əksini tapıb. Bundan başqa müvvəqqəti saxlama mərkəzlərində müəyyən müddətdən sonra ölkə ərazisindən çıxarılmalı olan insanlar da məskunlaşır. Deportasiya olunmalı insanlar həmin mərkəzlərdə bir müddət saxlanıldıqdan sonra prosedur qaydalarına uyğun olaraq ölkədən çıxarılırlar. Ölkədə hazırda 3 miqrantları saxlama mərkəzi fəaliyyət göstərir və Gəncədə yenisi də açılmalıdır. Miqrantların müvəqqəti saxlama mərkəzlərində insanların hüquqlarının təmin olunması ilə bağlı məsələlər prioritet sayılır. İnsan qeyri-qanuni miqrantdırsa, onun belə vəziyyətə düşməsinin müxtəlif səbəbəlri ola bilər. Ola bilsin, onun sənədlərini oğurlayıblar və ya kriminal şəbəkələr hansısa ciddi addımlar atıblar. Belədə onlar uzun müddət kimdənsə gizlənməli olur və sonra aşkarlandıqda həmin miqrantları saxlama mərkəzlərinə köçürülürlər. Bütün bu addımlar yaranmış məsələlərə aydınlıq gətirməyə hesablanıb. Miqrantların səhhətilə bağlı yaranan problemlər də saxlama mərkəzlərində öz həllini tapa bilər. Digər tərəfdən ola bilsin ki, bu insanar hansısa insan alverinin qurbanlarıdırlar. Onlar insan alverinin qurbanı kimi identifikasiya olunarlarsa, Hazirlər Kabinetinin milli ötürülmə mexanizminə uyğun olaraq Daxili İşlər Hazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi nəzdində fəaliyyət göstərən qurumlara təhvil verilməlidirlər. Ölkəmiz qeyri-qanuni miqrantlara qarşı mübarizədə fəallıq göstərən ölkələr sırasındadır. MDB məkanında qeyri-qanuni miqrantların sayının azalması sahəsində Azərbaycan ciddi uğurlara imza atıb. O, baxımdan da miqrantları saxlama mərkəzlərinin olması çox vacibdir. Çünki qeyri-qanuni miqrantların sayının çox olması ölkə üçün potensial təhlükədir. Belə təhlükəni isə sözügedən saxlama mərkəzlərinin yaradılması yolu ilə həll etmək olar».
Ekspert Əlövsət Əliyev qeyd etdi ki, miqrantların müvvəqqəti saxlama mərkəzləri Azərbaycan Respublikasına qaçqın statusu almaq üçün gəlmiş və yaxud könüllü olaraq öz ölkəsinə qayıtmaq istəyən şəxslərin saxlama yerləridir: «Belə mərkəzlərə Bakı şəhərində, Yevlaxda və digər regionlarda rast gəlmək olar. Əslində miqrantlar ora könüllü olaraq qalmaq istədiyi halda müraciət edə bilərlər. Amma qaydanı elə qurublar ki, Dövlət Miqrasiya Xidməti miqrantı orada saxlayır, belədə bu tip yaşayeş yerləri miqrantlar üçün məcburi yaşayaş mərkəzlərinə çevrilir. Azərbaycana qaçqın statusu almaq məqsədilə gələn əcnəbi yaşayış yeri olmadıqda Miqrasiya Xidmətinə bu barədə müraciət edir və sözügedən qurum da onu həmin müvvəqqəti saxlama mərkəzlərində yerləşdirir. Bu tip mərkəzlər indilikdə təyinatına görə deyil, daha çox Dövlət Miqrasiya Xidmətinin iradəsinə uyğun olaraq fəaliyyət göstərir».
Rüfət Hadiroğlu

Bu xəbər oxucular tərəfindən 1091 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |