08.05.2013 [15:18] - Gündəm, Sosial
Orta məktəb müəllimləri üçün nəticələrə əsaslanan əməkhaqqı və mükafatlandırma sistemi hazırlanacaq
Azərbaycanda orta məktəb müəllimləri üçün nəticələrə əsaslanan diferensial əməkhaqqı və mükafatlandırma sistemi hazırlanacaq.Müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlər yaradılacaq.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq, bütün ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırma təmin ediləcək, hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistem yaradılacaq. Azərbaycanda müəllimlərin təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılacaq, müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sistemi inkişaf etdiriləcək.
Məktəblərin idarə olunmasında, təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolunun artırılması ilə bağlı islahatlar da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan istiqamətdə aparılacaq. Təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcək. Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icma və s.) geniş cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsi, digər müasir idarəetmə texnologiyalarının tətbiqi və s. kimi istiqamətlərdə islahatyönlu tədbirlərlə gerçəkləşdiriləcək.

Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |