10.05.2013 [14:06] - Gündəm, Sosial
Redaksiyamızın elektron poçtuna Füzuli rayonundan bir qrup müəllimin adından müraciət daxil olub. Müraciətdə müəllimlər Füzuli rayon təhsil şöbəsinin müdiri Almaz Həşimovanın «Gül Bayramı» münasibəti ilə onlardan qanunsuz pul toplamasından şikayətlənirlər.
Həmin müraciəti oxucularımıza təqdim edirik:
«Hörmətli redaksiya!
Sizə bir qrup Füzuli müəllimləri adından yazırıq. Sözün düzü, biz artıq Füzuli rayon təhsil şöbəsinin müdiri Almaz Həşimovanın təhqirlərindən və təhdidlərindən bezmişik. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə yaxın münasibətlərindən istifadə edən Almaz Həşimova qocaman ziyalı müəllimləri belə təhqir etməkdən çəkinmir. Xanım olmasına baxmayraq, Füzuli müəllimləri belə bir şəxsin rəhbərliyi altında çalışmaqdan utanırlar. Bunun səbəblərini isə biz müəllimlər yaxşı bilirik. Çünki bu xanımı heç də təhsil maraqlandırmır. Almaz Xanımı maraqlandıran tək şey müəllimlərdən aylıq yığılan pullardır və bu xanım direktorlardan ancaq aylıq pul tələb etməyi bilir.
Bir neçə gündür ki, Almaz Həşimova Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilən tədbirlər və həmçinin həmin tədbirlər planı içində yer alan «Gül Bayramı»nın keçirilməsi üçün pul toplama kampaniyasına başlayıb. Bu tapşırığı icra başçısı Alı Alıyevdən aldığını bildirən Almaz Həşimova hər bir müəllimdən dərs saatına görə, yəni 12 saat dərs saatı olan hər müəllimdən 10 manat, daha artıq dərs saatı olan müəllimlərdən isə 15-20 manat tələb edir. Direktorların müavinləri 50 manat, direktorlar isə 100 manat vermək məcburiyyətindədirlər. Onu da deyək ki, Almaz Həşimova heç kimə bu qanunsuz tapşırıqlarına görə etiraz etmək imkanı belə tanımır. Etiraz edənlər birbaşa təhqirə və təhdidə məruz qalırlar.
Biz Füzuli müəllimləri olaraq inanmırıq ki, dövlətimizin indiki inkişaf səviyyəsində ümummilli lider Heydər Əliyevin yubiley tədbirləri biz müəllimlərdən toplanan vəsait hesabına keçirilsin. Hesab edirik ki, Almaz Həşimova və icra başçısı Alı Alıyev həmişəki kimi vəziyyətdən istifadə edərək bizim halal pullarımızı zorla əlimizdən alaraq ciblərinə qoyacaqlar. Həmçinin hesab edirik ki, Alı Alıyevin və Almaz Həşimovanın bu əməllərin rəsmi dövlət orqanları və ölkə rəhbərliyi xəbərsizdir. Biz həmişə Füzuli müəllimləri olaraq ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olmuşuq və bu gündə cənab İlham Əliyevi dəstəkləyirik. Lakin cənab prezidentin özünün də qeyd etdiyi kimi bir sıra məmurların fəaliyyəti bu gün dövlətimizin imicinə qara ləkə gətirməkdədir.
Ona görə də bu qanusuzluğun və ədalətsizliyin qarşısını almaq üçün cənab prezident İlham Əliyevə və yeni təyin olunmuş təhsil naziri Mikayıl Cabbarova müraciət edirik. Biz erməni təcavüzü ilə üz-üzə qalaraq uzun illərdir, min-bir əziyyətlə Azərbaycanın gələcək inkişafının təməli olacaq yeni nəsil yetişdirməyə çalışırıq. Xahiş edirik ki, Alı Alıyev və Almaz Həşimova kimi məmurların qanunsuz fəaliyyətinə son verəsiniz».

Bu xəbər oxucular tərəfindən 1176 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |