10.05.2013 [14:31] - Mədəniyyət, DAVAMın yazıları
Əməkdar müəllim, mərhum prezident Heydər Əliyevin bacısı Şəfiqə Əliyevanın anası haqqında xatirələrini yazdığı “Mənim anam” kitabından seçmələri təqdim edib. Aktuallığını nəzərə alaraq həmin seçmələri sizin də nəzərinizə çatdırırıq.
Dayımız Heydər deportasiya vaxtı öldü
“Anam İzzət xanım 1895-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Comərdli kəndində anadan olub. Bu kənd Zəngəzurun bağ-bağatlı, səfalı guşəsi olub, dağ kəndləri içərisində gözəlliyi ilə seçilirmiş. Kəndin özülünü ulu babam Comərd qoyub. Onlar iki qardaş olublar: Comərd və qardaşı Alagöz Məhəmməd. Anam İzzət xanım sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan Comərdin nəslinin törəməsidir. Comərdli kəndində yaşayanların hamısı bizim tayfamız hesab olunur. Dağ qızı olan anam elə dağ kimi də uca, əzəmətli, vüqarlı olub. Füsunkar gözəlliyi, qeyrəti ilə dövrün qız-gəlinlərindən fərqlənib. Ağır təbiətli, utancaq olduğu üçün babam onu çox sevərmiş.
Ermənilərin Zəngəzur torpağına olan təcavüzü anamın ömür kitabında gənclik xatirələrinin ən acı səhifələridir. Öz torpağından didərgin düşənlər Naxçıvanın ətrafında olan kəndlərdə – Qazançı, İşıqlar, Cəhri və Milax kəndlərində məskunlaşırlar. Atam Əlirza və anam İzzət xanım isə Naxçıvana gəlirlər. Lakin anamın çəkdiyi müsibətlərin hamısından dəhşətlisi Comərdlidən qaçarkən yolda gördüyü mənzərə olub. Çox sevdiyi, gözəlliyi, boy-buxunu ilə seçilən 23 yaşlı qardaşı Heydərin meyiti onu sarsıdıb. Anamı qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il anam bacı-qardaşlarının sağ olub -olmamasından xəbər tuta bilməyib. Bir gün isə qardaşı övladlarının sağ olması xəbərini ona verirlər. Özü nəql edirdi ki, qardaşlarımın ətrini yenicə tapdığım övladlarından alanda elə bil dünyaya təzədən gəldim. Məsmə, Səkinə, Rzaqulu, Humay…Onlar anam üçün artıq yoxluğa çevrilmiş bacı-qardaş tapıntısına bərabər sevinc idilər”.
“Anam qardaşlarının yanında yaşmanardı”
“…anam İzzət xanım oğlanlarından abır edər, bir dəfə də olsun, başı açıq onlarla üzbəüz oturmazdı. Qardaşlarım ağlı kəsəndən onu bir dəfə də olsun, başı açıq görmədilər. Hətta xatirimdədir, bir dəfə mən evdə onun başını darayardım. Qəflətən qapı döyüldü. Anam Heydər qardaşımın gəldiyini duyub tez kəlağayısını başına örtdü. Ana-övlad pərdəsini anam əvvəldən bu cür hörmət saxlamaqla qoruyurdu”.
Dua edərkən səssizcə ağlayardı
“Anam bütün varlığı ilə Allaha bağlı olan bir qadın idi. Hər kəlməsində, hər cümləsində Allahı vəsf edərdi. Oruc tutar, namaz qılar, matəm saxlardı. Qonşumuzda bir seyid qadın yaşayırdı. Adı Ələviyyə xanım idi. Şeyx qızı olduğu üçün dini təhsil almışdı. Cümə axşamları axşam üstü anam tədarük görər, samovar qaynadıb, süfrə açardı. Ələviyyə xanım gecədən sübhədək Quran oxuyar, anamla birgə namaz qılardı. İlahi, insanda nə qədər səbir, təmkin, Tanrı sevgisi olarmış?! Bu Tanrı sevgisi bitib tükənməzdi. Hər gün qıldığı namazdan sonra etdiyi duaları sakitcə dinlərdim. Tam səssizlik hökm sürən evimizdə anamın pıçıltılarla, asta-asta etdiyi dualar qəlbimi riqqətə gətirir, ürəyimi Allah nuru ilə doldurardı. Anam çəkdiyi məşəqqət və acıların müqabilində Allahdan xalqımıza, əmin-amanlıq diləyər, balalarına can sağlığı arzulayardı. Onun Allah dərgahına qalxan əlləri titrəyəndə bilərdim ki, anam səssiz-səmirsiz ağlayır: özümü görməzliyə vurardım”.
“Çadrası həmişə ütülü, tərtəmiz olardı”
“Anam gözəllik mücəssəməsi idi. Hündür boyuna, düz mütənasib bədən biçiminə görə bütün qadınlardan seçilərdi. Zil qara saçları girdə ağ üzünə xüsusi gözəllik verirdi. Yaşıl mehriban gözlərindən süzülən nurani baxışları ilə üzü şəfəqlənərdi. Mən onu anam olduğu üçün tərifləmirəm. Anamın zərif üz cizgilərini fotoşəkildən də müşahidə etmək olar. Naxçıvanda qadınlar çadra örtərdilər. Qonşu qadınlar adətən, toya-yasa gedəndə məclis paltarlarında olardılar. Mən bu qadınlarla anamı müqayisə etməyi sevərdim. Qonşu qadınların çadralarının səliqəli olub-olmamasına diqqət edərdim. Çünki anam özü səliqəli, təmiz geyindiyi kimi məni də tərtəmiz, səliqəli geyindirməyə çalışardı.
Heydər qardaşım ona Leninqraddan markizet parça almışdı
Qadınlardan birinin çadrası uzun-gödək, yaxud əyri, digərininki əzik və çirkli olanda təəccüb edərdim. Elə qadınlar vardı ki, çadrasını büküb qoltuğuna vurardı. O zaman açıq-aşkar hiddətlənərdim ki, bu qadınlar nə üçün anam kimi səliqəli deyillər? Anam sandığının içərisindən paltarlarını çıxaranda gülab ətri bütün evi bürüyərdi. Çadrası həmişə ütülü, tərtəmiz olardı. Mən elə uşaqlıqdan diqqətcil olmuşam. Baxardım ki, qonşu qadınlar bir çadra ilə həm xeyir-şərə, həm məclisə, həm də bazara gedirdilər. Mən anamda heç vaxt bunu müşahidə etməmişdim. Onun məclis çadrası vardı. Məclisdən qayıdan kimi o çadrasını ipin üstünə atıb bir az havaya verərdi. Sonra ütüləyər, səliqə ilə qatlayıb sandığa qoyardı. Həmin çadranı başqa heç yerə örtməzdi. O biri çadralarını da bu cür səliqə ilə ütüləyib, qatlayıb sandığa yığardı. Anamın çox gözəl parçadan qat-qat yubkası, üstündən isə hər iki tərəfində bir qat incə bükməsi olan çiçək kimi təmiz, elə öz yubkasının parçasından düyməli qoftası vardı.
50-ci illərdə Heydər qardaşım Leninqradda oxuyanda anam üçün yeri tünd göy, üstündə tək-tək açıq qırmızıya çalan gül buketləri olan markizet parça gətirmişdi. Anam ondan özünə çadra tikmişdi. Elə gözəl yaraşırdı ki, gözlərimi ondan çəkə bilmirdim.
Paltarın içinə gül ləçəkləri düzərdi
Anamın geyim- gecimi yadımdan heç çıxmır. Hamısını zövqlə geyərdi. Qara fanel parçadan yubka -qoftası vardı. Parçanın üstündəki bənövşələr göz oxşayırdı. Ən çox yaddaşımda “gecə-gündüz” deyilən ağ, üstündə yabanı yonca gülləri parıldayan paltar qalıb. Anam onu yuyub, ütüləyəndə yanında dayanıb baxardım. Qatları bir-bir ütüləyərdi. Sonra qoftası ilə bir yerdə qatlayıb sandığa qoyar, üstünə qızıl gül ləçəkləri bükülmüş parça qoyardı. Çadralarına isə gülab səpib, üst-üstə sandığa yığardı. Anamın sandığında hər fəslə münasib nə isə olardı. Payızda sandığa heyva düzərdi. Heyvanın ətri paltarlarına hopardı.
Naxçıvanda iqlim elədir ki, meyvə çürümür, büzüşüb quruyur, ancaq xarab olmur. Anam hər fəslin gülünü, meyvəsini toplar, mürəbbə, gülab hazırlardı. Artığını isə saxlardı. Qızıl gül ləçəklərini kölgədə qurudub, paltarları arasına yığardı, gülabından ətir kimi istifadə edərdi. Heyvadan da həmçinin”.
“Anam qonşumuzun ac uşaqlarına lavaş və pendir verdi”
“Anam hamının xeyrinə-şərinə yaramaqla bərabər ona müraciət edən hər kəsə əl tutardı. Evimiz məscid qapısı kimi hamının üzünə açıq idi. Una, sabuna, yarmaya gələn adamlardan heç birini əliboş geri qaytarmazdı. Anam olduqca qənaətcil, ehtiyatlı bir qadın idi. Atam dəmiryolçu olduğu üçün onlara torpaq sahəsi və tonla buğda verilirdi. Bu çətin illərdə evimizdən lavaş əskik olmazdı. Bizim kənddə Sisyandan qohumlarımız vardı. Xüsusən də əmim bizə çox şey göndərərdi. O ağır günlərdə kəndlə əlaqəmiz bizə böyük dayaq idi. Naxçıvandan beş kilometr kənarda da qohumlarımız çox idi. Böyük qaysı bağları vardı. Göndərilən hər bir meyvəni anam bişirər, qənaətlə işlədərdi. Axı o, qardaşı uşaqlarının da ümid yeri idi. Anamın cəfakeşliyindən, ürəyiaçıqlığından bütün məclislərdə ağız dolusu danışırdılar.
Yay olanda evimizdə nə vardısa həyətimizə köçərdi. Yorğan-döşək, qab-qaşıq. Ev bomboş olardı. İsti hava olduğu üçün həyətimizdəki taxtda yatardıq. Müharibənin ağırlığı bütün ailələrin üstünə çökmüşdü. Kənddə Xurşud xanım adlı bir qadın yaşayırdı. Əri cəbhəyə getdiyi üçün beş uşağın əzab-əziyyətini çəkmək məsuliyyəti onun üstünə düşmüşdü. Anam ona əl tutardı. İsti yay gecələrindən biri idi. Saat üç olardı. Xurşud xanımın uşaqlarının ağlaşma səsi bizi yuxudan oyatdı. Anam dözmədi. Gedib astadan Xurşud xanımı çağırdı ki, ay qonşu, bu uşaqlar niyə ağlayırlar? Xurşud xanım məhzun-məhzun “Neynim, a İzzət bacı?-dedi- Acdırlar, yata bilmirlər”. Anam əlini ürəyi üstünə qoymuşdu. Üzünə hopan iztirab ay işığında aydın sezilirdi. Tələsik addımlarla evə keçib xeyli lavaş və pendir götürdü. Uşaqların anasına verib geri döndü. Mən onun taxtın kənarında əyləşib başını əlləri arasına almağına, fikirləşdiyinə tamaşa etdim. Artıq Xurşud xanımın həyətindən səs gəlmirdi. Anamın isə yuxusu ərşə çəkilmişdi. O, sübhə qədər yatmadı. Çünki mən gözlərimi açanda onu beləcə fikir-xəyal ümmanında gördüm. Həmin gündən etibarən anamın bir qayğısı da artmışdı”.
“Anam ələyi gülün altına tutub sonra qayçı ilə kəsərdi”
“Həyətimizdə divar boyu qızıl gül əkilmişdi. Əsl qızılgül itburnu çiçəyi kimi beş ləçəkli olur. Ondan gülab çəkmək üçün, mürəbbə bişirmək üçün istifadə edərdik. Yaxşı xatirimdədir ki, anam sübh tezdən durar, ələyi və qayçını götürüb qızılgül kollarına tərəf gedərdi. Çox tikanlı olduğu üçün o gülə əl vurmaq olmazdı. Ləçəkləri çox zərif olardı bu güllərin. Anam ələyi gülün altına tutub sonra qayçı ilə kəsərdi. Topladığı güllərin ləçəklərinin ucundakı sarıları kəsib əvvəlcədən şirə tökdüyü tavaya atardı. Çünki ləçəklər qalsaydı, quruyub xarab ola bilərdi.
Artıq qalan gül çiçəklərindən anam gülab çəkər, gülqənd edərdi. Gülün ləçəklərini qənd tozu ilə döyüb ona zəncəfil, darçın qatardı. Bu mədə və soyuqdəymə xəstəliklərində istifadə olunan ən təsirli, əvəzi olmayan dərman hesab edilirdi. Həyətimizdə üzüm olsa da, əmim bizə üzüm göndərərdi. Anam sirkə qoyardı. İri küplərdə qoyulmuş sirkə 40 günə gələrdi. Ana lazım olan qədər götürüb, yerdə qalanına həyətdən yığdığı meyvə-tərəvəz, şaftalı, gavalı, xiyar, göy lobya, göy pomidor tökərdi. Bütün qış boyu sadaladığım bu meyvə-tərəvəz sirkədə qalardı. Buna bizdə həftəbecər deyərdilər. Anam heç bir meyvə-tərəvəzi istifadəsiz qoymazdı. Elə buna görə də evimizin bütün ehtiyatı vardı”.
“Səməd Vurğunun ölüm xəbərini anama demədilər”
“1956-cı ilin mayı idi. O zamanlar Cavadzadənin xəstəxanası “leçkomissiya”nın 1 nömrəli xəstəxanası idi. Anam orda yatırdı. Sevimli şairimiz Səməd Vurğun birinci, anam isə ikinci palatada müalicə olunurdular. Mən həmişə anamı yoluxmağa gedəndə Səməd Vurğunun səhhəti ilə maraqlanırdım. Vəziyyəti çox ağır idi. Bacım Rəfiqə anamım yanında qalırdı. Növbəti dəfə anamı yoluxmağa gələndə onun yatdığı palatanın qapısının bağlı olduğunu gördüm. Tibb bacısından astaca soruşdum ki, nə üçün palatanın qapısını açmırsınz? Tibb bacısı pıçıltı ilə bildirdi ki, Səməd Vurğun gecə rəhmətə gedib, istəmirik ki, İzzət xanım bu barədə bilsin. Keçirdiyim kədər hissini təsəvvür edə bilmirəm. Bu böyük şairin yoxluğu köz olub ürəyimi yandırdı. Qəhər məni boğdu. Həyatın nə amansız qanunları varmış? Səməd kimi bir şair ölümə təslim olmuşdu. Anamın bu barədə bilməməsi məsləhət idi, çünki onun şairə böyük rəğbəti vardı, sarsıla bilərdi”.
“Göz yaşımdan kitabın üstündə damla-damla ləkələr qalardı”
“Köhnə ensiklopediya binası vardı. İndi o bina yoxdur, söküblər. O zaman “leçkomissiya”nın ikinci xəstəxanası sayılırdı. Çox gözəl bina idi. Anam üçün iki otaq ayırmışdılar. Yanında bütün gəncliyini qurban verdiyi övladları- Heydər, Cəlal, Aqil və bacım Rəfiqə qalırdılar. Son nəfəsə qədər onu tək qoymadılar. Ağrı-acısını ürəklərində daşıdılar, onun iztirabına şərik çıxdılar. Anamı qucaqlayıb üzündən öpdüm. Həsrətli gözlərini gözümə dikib qızımı soruşdu:
-Uşaq hanı, Şəfiqə?
Aman allah! Anam nə qədər narahat idi?! Uşağı evə qoyub gəldiyimi bilən kimi narahatlığı daha da artdı. Bu ağır dəqiqələrində bütün ağrı-acısını unudub həyəcanla:
-Evə qayıt, Şəfiqə-dedi. -Tez qayıt! Evdəki qadın qripdir, uşağı qrip tuta bilər, tez get, uşağı qoru!-dedi. O zaman qrip virusu yenicə yayılırdı.
Yox, məni buradan heç kəs qopara bilməzdi. Anam solğunlaşmışdı. Heç nə gözümdə deyildi. Bir azdan gözlərini yumub sanki huşa getdi. Mən isə gözümü onun üzündən ayıra bilmirdim. O solğun halında da nurlu, gözəl idi.
… Yadıma Cəlilabadda yaşadığım zaman Bakıya anamın yanına gəlməyim düşmüşdü. O zaman qiyabi təhsil alırdım. Dizimi büküb anamın çarpayısının yanında oturardım. Bir qolumla çarpayıya dirsəklənər, bir əlimdə isə kitab tutardım. Bu yer mənim üçün qaldığım müddət ərzində ən məhrəm yer olardı. Vallah, mən kitabı göz yaşı içində oxuyardım. Gözümün yaşı səssiz-səssiz elə axardı ki, göz yaşımdan kitabın üstündə damla-damla ləkələr qalardı.
Artıq altı aya yaxın idi ki, o, ürəyindən əzab çəkirdi. Ürək öz funksiyasını yerinə yetirə bilmədiyi üçün qara ciyərə öz təsirini göstərmiş, ciyərinə su yığılmışdı.
Anam mənim! Su sonası kimi gözəlliyi hələ də solmayan pak, mehriban anam…” \ kulis.az \

Bu xəbər oxucular tərəfindən 2520 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |