Şrift:
Pentaqon: İrana hücum gözlənilməz nəticələr verə bilər və regionda qüvvələr balansının pozulmasına gətirib çıxarar
11.11.2011 [15:38] - Xəbərlər
Leon Panetta: “Mən diplomatiya və İrana qarşı iqtisadi sanksiyaların tətbiqi kimi üsulların tərəfdarıyam”

Mark Touner: “İrana qarşı iqtisadi sanksiyaları gücləndirmək üçün bütün imkanları nəzərdən keçirəcəyik”


“İrana hücum gözlənilməz nəticələrə gətirib çıxara bilər”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ-ın müdafiə naziri Leon Panetta verib. Pentaqon rəhbəri bildirib ki, hücumun gözlənilməz nəticələri regiondakı ABŞ kontingentinə ciddi təsir göstərə bilər: “Nəticələr elə ola bilər ki, onlar nəinki İranın öz planlarını reallaşdırmasına mane olar, həmçinin regionda qüvvələr balansını poza və bölgədəki ABŞ kontingentinə təsir göstərə bilər. Mən diplomatiya və İrana qarşı iqtisadi sanksiyaların tətbiqi kimi üsulların tərəfdarıyam”.

Analoji bəyanatla ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Touner də çıxış edib: “Şübhəsiz ki, biz İrana qarşı iqtisadi sanksiyaları gücləndirmək üçün bütün imkanları nəzərdən keçirəcəyik. İranın nüvə proqramı bütün “alıtılıq” ölkələrində, o cümlədən Rusiyada narahatlıq doğurur.

Amerikalı məmurların bəyanatları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə proqramına dair noyabrın 8-də açıqladığı hesabatdan sonraya təsadüf edir. Hesabatda ilk dəfə bildirilir ki, İran nüvə silahının yaradılması ilə bağlı tədqiqatlar aparır və bunun üçün bütün lazımi resurslara malikdir.

Rəsmi Tehran isə nüvə proqramının yalnız sülh xarakterli olduğunu bəyan edib. Hesabat dərc olunmazdan əvvəl İsrail hökuməti sərt bəyanat verib. Rəsmi Tel-Əviv bildirib ki, İrana qarşı diplomatik təzyiq üsulları tükənib və bu ölkəyə qarşı birtərəfli qaydada hərbi əməliyyatın aparılması mümkündür. Təsdiq olunmayan məlumatlara görə, ABŞ-da müttəfiqlərinin bu bəyanatını ehtiyatlı dəyərləndirirlər.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed