Şrift:
Azərbaycan XİN: Diplomatlarımız ən qısa müddətdə İranda həbs olunan vətəndaşlarımızla görüşməyə çalışırlar
10.05.2013 [16:23] - Gündəm, Siyasət
“Diplomatlarımız Təbrizdə saxlanan Azərbaycan vətəndaşları ilə ən qısa müddətdə görüşə nail olmağa çalışırlar”.


Bu açıqlamanı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.



Onun sözlərinə görə, diplomatlar hələlik aprelin 30-da Təbrizdə həbs olunmuş Xalidə Xalid və Şamxal Hüseynovla görüşə bilməyiblər: “Azərbaycanın Təbrizdəki Baş Konsulluğu daim buna can atır. Çalışırıq ki, ən qısa müddətdə vətəndaşlarımızla görüşə nail olaq, onların həbsinin səbəblərini, həmçinin saxlanma şəraitini araşdıraq. Bu, bizim üçün prioritet məsələdir”.



Xatırladaq ki, Azərbaycan tərəfi Xalidə Xalid və Şamxal Hüseynovun həbsinin səbəblərinin aydınlaşdırmaq məqsədilə İrana iki nota verib. İran tərəfi vətəndaşlarımızın qanunsuz fəaliyyətə cəhdə görə saxlandığını açıqlasalar da, səbəbi konkret izah etməyiblər.
Bu xəbər oxucular tərəfindən 850 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed