11.05.2013 [10:35] - Güney Azərbaycan xəbərləri, Siyasət
İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, prezidentliyə namizəd Əli Əkbər Vilayəti ölkə prezidenti Mahmud Əhmədinejadın xarici siyasət kursunu kəskin tənqid edib.
İRİB-in məlumatına görə, sabiq xarici işlər naziri bildirib ki, hazırda ölkənin xarici əlaqələrində problemlər var: “Ancaq bu problemlər düzgün siyasət həyata keçirilməklə öz həllini tapa bilər. İranın xarici siyasətində təcrübəli şəxslərdən faydalanmalıdır. Xarici əlaqələrdəki problemlərin həll edilməsi ilə bir çox iqtisadi problemlər də nizamlana bilər. Kiçik bəhanələrlə başqa ölkələrlə əlaqələrdəki mühüm üstünlüklərdən məhrum qalmağın mənası yoxdur. Beynəlxalq sahədə düzgün siyasi addımlar atmaqla nüvə müzakirələri ilə bağlı da istənilən nəticəni əldə etmək olar Ə. Vilayəti deyib ki, sanksiyalar ölkə daxilində problem yaradıb: “Lakin bütün məsələlər sanksiyalardan qaynaqlanmır. Beşinci inkişaf planına uyğun addımlar atıldığı təqdirdə problemlər də öz həllini tapacaq. Eyni zamanda sanksiyaların aradan qaldırılması yerli istehsal bazarlarını canlandıracaq. Yerli istehsalçının dəstəklənməsi və doğru qərarların alınması isə daxili və xarici problemləri həllinə gətirib çıxaracaq”.
İran prezidentliyinə namizəd vurğulayıb ki, hazırkı vəziyyətdə bahalıq, işsizlik, inflyasiya, gənclərin ailə qurmaq məsələsi, milli valyutanın dəyərini itirməsi və s. çox vacib problemlərdir: “Xalq iqtisadi sabitlik istəyir və daxili problemlər də prioritetlərə görə sıralanmalıdır”.
Xatırladaq ki, Ə. Vilayəti Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf və İran parlamentinin sabiq spikeri Qulaməli Həddad Adilin birgə yaratdığı “2+1” seçki koalisiyasının üzvüdür.

Bu xəbər oxucular tərəfindən 939 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |