11.11.2011 [15:40] - Gündəm
Noyabrın 11-də Bakıda Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasimi keçirilib.
Mərasimdə Azərbaycan və Macarıstan prezidentləri İlham Əliyev və Pal Şmitt də iştirak ediblər.
“Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Macarıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyi arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum”u Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın Vergilər Agentliyinin müdirinin müavini Arnold Mixay, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Macarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Macarıstanın Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyinin ədliyyə üzrə dövlət katibi Robert Repassi, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Macarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Macarıstan Daxili İşlər Nazirliyinin dövlət katibi Andras Tallai, “Azərbaycan Respublikasının Hökuməti və Macarıstan Respublikasının Hökuməti arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş”i isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstan Daxili İşlər Nazirliyinin dövlət katibi Andras Tallai imzalayıblar.

Bu xəbər oxucular tərəfindən 1229 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |