11.05.2013 [13:08] - Güney Azərbaycan xəbərləri, Hadisə
Güclü zəlzələnin ardınca nisbətən zəif iki təkan da qeydə alınıb
İranın cənubunda Bəndər-Abbas şəhərindən 160 kilometr şimal-şərqdə Hörmüzqan əyalətinin Başaqard şəhərində baş verən zəlzələ nəticəsində 70 kəndə ziyan dəyib, 15 nəfər isə yaralanıb.Bu barədə İRİNN xəbər kanalı məlumat verib.
Ötən gecə İranın cənubunda Hörmuzqan əyalətinin Başaqard şəhərində 6,2 bal gücündə zəlzələ baş verib. Bundan sonra həmin bölgədə 8 dəfə 4,5 - 4,9 bal gücündə zəlzələlər qeydə alınıb.
İranın Hörmüzgan əyalətinin rəhbəri İbrahim Əzizi bildirib ki, zəlzələ nəticəsində ciddi dağıntılar qeydə alınmayıb və yaralılardan birinin vəziyyəti ağırdır.
Onun sözlərinə görə, hazırda xilasetmə işləri davam etdirilir və qısa zaman ərzində dəymiş ziyanın aradan qaldırılması üçün işlər başlayacaq.
Bu gün İranın cənubunda 6,2 bal gücündə zəlzələ baş verib.RİA Novosti məlumat verir ki, bu barədə ABŞ Geoloji Xidməti xəbər yayıb. Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Bəndər-Abbas şəhərindən 160 kilometr şimal-şərqdə olub.
Yeraltı təkanların ocağı 36 kilometr dərinlikdə qeydə alınıb.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.
Qeyd edək ki, cümə günü gecə saatlarında İranın Şimali Xorasan əyalətinin inzibati mərkəzi Bojnurd şəhərində Rixter cədvəli üzrə 3.1 və 4.2 bal gücündə iki zəlzələ baş verib.

Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |