Şrift:
Azərbaycan ərazisində istirahət günləri anomal hava gözlənilir
11.11.2011 [15:53] - Gündəm
Bəzi rayonlarda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq

Bakı və Abşeron yarımadasında noyabrın 12-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində güclü olacaq. Temperaturun anomal gedişi gözlənilir, belə ki, gecə və gündüz 5-8, günün ikinci yarısında və axşam 3 dərəcəyədək isti təşkil edəcək.

Noyabrın 13-də hava buludlu, gecə və axşam yarımadanın bəzi yerlərində yağıntılı olacaq. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında noyabrın 12-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-2 dərəcə şaxta təşkil edəcək.

Noyabrın 13-14-də bölgələrdə əsasən gecə və axşam arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Güclü şimal-qərb küləyi 13-də gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz
2-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20 dərəcə şaxta təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed