Şrift:
Ankaradakı İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib
13.05.2013 [11:07] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan
Türkiyənin paytaxtı Ankarada Güney Azərbaycandan olan siyasi məhbuslara dəstək məqsədi ilə etiraz aksiyası keçirilib.
11 may, 2013-cü il tarixindəTürkiyədə yaşayan Azərbaycan türkləri İran rejimi tərəfindən Güney Azərbaycanlı milli fəallara həbs cəzasının verilməsi ilə əlaqədar olaraq Ankaradakı İran səfirliyi qarşısında etiraz aksiyası keçirmişdir.
Son günlərdə İran hakimiyyəti tərəfindən tanınmış Azərbaycan milli fəallar uzun illərdir ki, milli haqları uğrunda mübarizə aparan fəallardan - Yürüş Mehrəlibəyli, Lətif Həsənli, Mahmud Fəzli, Behbud Quluzadə, Şəhram Radmehr və Abbas Vəlizadə bir neçə zamandır təhlükəsizlik qurumu tərəfindan gözaltına alınaraq ağır cəzalara məhkum edilib. adı çəkilən milli fəallar düşüncə və inançlarından dolayı və ayrıseçkiliyə qarşı olduqları üçün Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi tərəfindən hər birinə 9 il müddətində azadlıqdan məhrum edilib.
Aksiyanın keçirilməsində əsas səbəb həbs olunanların səslərini dünyaya və xüsusən də Türkiyə ictimaiyyətinə çatdırmaq və ayrıca İran rejiminə etiraz olaraq Ankaradakı İran səfriliyinin qarşısında keçirilmişdir
Bu xəbər oxucular tərəfindən 976 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed