Şrift:
İşgal olunmuş ərazilərlə bağlı qanun qəbul ediləcək
13.05.2013 [17:42] - Xəbərlər, Gündəm
12 maddədən ibarət olan qanun layihəsinin yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulur

Yaxın zamanlarda "Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında" qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılacağı gözlənilir.

Bu barədə xəbər verən Rusiyaın "Regnum" informasiya agentliyinin məlumatında buna bənzər qanunun indiyədək regionda yalnız Gürcüstanda qəbul olunduğunu qeyd olunur.

Bu arada MDHP Sədri Millət Vəkili Fərəc Quliyev Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanun layihəsi hazırlanarkən Gürcüstan təcrübəsinin əsas götürüldüyünü bildirib.

Məlumata görə, layihə dünya ölkələrinin Xarici İşlər nazirliklərinə göndərilib.Qanun layihəsində işğal olunmuş ərazilərdə hüquqi rejim, hərəkətin məhdudlaşdırılması, işğal edilmiş ərazilərdəki daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları və sair məsələlər konkret hüquqi formada təsbit olunub.
12 maddədən ibarət olan qanun layihəsinin yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed