Şrift:
Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında bəyanat qəbul edildi
14.05.2013 [10:59] - Xəbərlər, Gündəm
Bəyanatda Türkiyənin Reyhanlı şəhərindəki terror aktı pislənir

Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində baş vermiş terror aktları nəticəsində ən azı 46 nəfərin həlak olması və yüzlərlə insanın xəsarət alması ilə əlaqədar Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında mətbuat üçün bəyanatı qəbul edilib. Bu barədə Azərbaycanın BMT Təhlükəsizlik Şurası yanındakı Daimi Nümayəndəliyindən məlumat verilib.

Bəyanatda Şura üzvləri bu terror aktını qətiyyətlə pisləyib, terror qurbanlarının ailə üzvlərinə, Türkiyə Hökuməti və xalqına başsağlığı verib, bu cinayəti törədən, terroru təşkil edən, maliyyələşdirən və dəstəkləyən şəxslərin məsuliyyətə cəlb olunması vacibliyini vurğulayıblar.

Bununla yanaşı, Şura üzvləri terrorçuluğun bütün növ və təzahürlərinin beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olduğunu, terror aktlarının, onların motivlərindən, harada, nə vaxt və kim tərəfindən törədilməsindən asılı olmayaraq, cinayət hesab etdiklərini və bağışlanılmaz olduğunu qeyd ediblər.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed