14.05.2013 [11:15] - Gündəm, Siyasət
Sənəd prezident İlham Əliyevlə bu ölkənin dövlət başçısı Haynts Fişer arasında razılaşdırılıb
Vyanada prezident İlham Əliyev və Avstriya Respublikasının Federal prezidenti Haynts Fişer arasında “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənəddə iki ölkə başçısı dövlətlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıblar.
Bundan əlavə, tərəflər üçün enerji sahəsində əməkdaşlığın əhəmiyyəti nəzərə alınaraq, Azərbaycanın və Avstriyanın neft və qaz şirkətləri arasında hasilat, daşınmanın və tranzit marşrutlarının şaxələndirilməsi və alternativ enerji mənbələrinin inkişafı sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin ciddi şəkildə təşviq olunacağı qeyd edilib.

Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |