11.11.2011 [16:36] - Gündəm
11.11.11 tarixində saat 11:11:11-də rəqəmlər sağdan sola və soldan sağa eyni oxunacaq ki, bu da yalnız 100 ildən bir baş verə biləcək hadisədir. Hətta ən qatı realistlər belə şübhəsiz ki, çoxumuzun yəqin ki, bir daha yaşaya biləməyəcəyimiz bu an dayanacaqlar və baş verə biləcək sirli hadisələri gözələyəcəklər.
Çoxları üçün bu gün çox əlamətdardır, belə ki, onlar düşünürlər ki, “ani palindrom” onlara uğur gətirəcək.
Hökumət nümayəndələri müxtəlif ayin xarakterli mərasimlərdən qorunmaq məqsədi ilə Qədim Misir piramidalarını bu gün-“altı eyni rəqəm günü”ndə bağlamaq qərarı veriblər.
Fironlar dövrü arxeologiyası departamentinin rəhbəri jurnalistlərə bildirib ki, belə bir qərar Misirdə internet istifadəçilərinin piramida divarlarında mərasimlər keçirmələri ilə bağlı təzyiqlərdən sonra verilib.
Mistik günə tək Misir deyil, dünyanın digər ölkələri də hazırlaşırlar. İtaliyada ezoterika tərəfdarları hər kəsə Edinburqda Artur tacı təpəsində toplaşmağı və bəzi kosmik portalların açılmasının şahidi olmağı təklif edirlər ki, nəticədə də onlara görə insan supermental varlıq səviyyəsinə çatacaq. Edinburqa çata bilməyəcək numeralogiya azarkeşlərinə saat 11-in 11-ci dəqiqəsində 11 dəfə “hə” demək təklif olunub ki, uğuru özlərinə cəlb edə bilsinlər.
İnternetdəki müzakirələrdən görünür ki, bu gün minlərlə insanlar ritual rəqslər və kütləvi meditasiyalar təşkil etməyi planlaşdırırlar. “Facebook” sosial şəbəkəsində bu günə həsr olunmuş bir neçə səhifə də yaradılıb.
Çinlilər bu günü qeyd etmək üçün asfaltda ən böyük 3D formatlı rəsm çəkiblər Şanxayda yaradılan bu nəhəng 3D rəsmi 1111 kvadrat metr ərazini tutur.
ABŞ-da mehmanxanalar 11 noyabr tarixi üçün endirimlər təklif ediblər. Məsələn, Red Roof Inns otellər şəbəkəsi 11% endirim təklif edir, Bermud adalarında yerləşən Reefs Southampton otelinin rəhbərliyi isə vətəndaşlar üçün adətən 410 dollara təklif edilən otaqların qiymətini 11 dollar 11 sentə endirib.
Amerikada həmçinin bu tarixdə səhər saat 11-də 11 gənc cütlükərin paradı keçiriləcək. Moskvada isə bu tarixdə evlənmək istəyənlərin sayı artıb. Bu gün üçün nikah ərizəsi verənlərin sayı əvvəlki günlərə nisbətən 2 dəfə artıb.
Məlahət Nəsibova

Bu xəbər oxucular tərəfindən 1147 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |