14.05.2013 [16:47] - Gündəm, İdman
UEFA-ya üzv ölkələrin “Fair Play” reytinqinin yekun cədvəli açıqlanıb. Verilən məlumata görə, cədvəl 2012-ci il mayın 1-dən 2013-cü il aprelin 30-dək olan müddəti əhatə edən dövrdə klub və yığma komandalar səviyyəsində keçirilmiş 1712 oyun nəzərə alınıb.
Reytinq siyahısına Skandinaviya təmsilçiləri başçılıq edir. İlk pillədə İsveç qərarlaşıb. Bu ölkənin komandaları 97 oyuna əssən 8,299 xal toplayıb. 92 oyun keçirən Norveç komandaları 8,288, cəmi 66 matça çıxan Finlandiya təmsilçiləri 8,227 xala malikdir. Qitə miqyaslı klub turnirlərinin əsasnaməsinə görə “Fair Play” reytinqində ilk 3 yeri tutan milli assosiasiyalar Avropa Liqasında hərəyə bir əlavə yer alırlar. Bu səbəbdən də Skandinaviya ölkələrinin hərəsi avrokuboklara əlavə vəsiqə əldə edib.
Azərbaycan isə 53 ölkə arasında 31-ci yerdə qərarlaşıb. Bu müddətdə 49 oyun keçirmiş komandalarımız ölkəmizin aktivinə 7,725 xal yazdırıblar. Bu göstəricidə isə Azərbaycan Rusiyadan 2 pillə aşağıda mövqe tutur. Əvəzində postsovet məkanı təmsilçilərindən Moldova, Latviya, Litva. Gürcüstan, həmçinin Xorvatiya, Yunanıstan, Serbiya, İsrail, Bolqarıstan, Rumıniya, İsrail kimi ölkələri arxada qoyub.
Siyahıda yer almaq üçün zəruri olan 32 matç limitini keçənlər arasında sonuncu pillədə isə qonşu Türkiyə yer alıb. Onlar 46-cı olmaqla yalnız 32-dən az matç keçirənlərdən oyun limitini aşdığı üçün üstündür. Bu 7 autsayder arasında isə cırtdanlarla (Lixtenşteyn, Lüksemburq, Farer adaları, San-Marino, Andorra) yanaşı Albaniya və Ermənistan qərarlaşıb.

Bu xəbər oxucular tərəfindən 968 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |