Şrift:
“Türkiyə Hava Yolları”nın işçiləri kütləvi tətil keçirirlər
15.05.2013 [11:48] - Gündəm, Hadisə
"Türkiyə Hava Yolları"nın işçiləri kütləvi tətil keçirirlər. Bu barədə çərşənbə günü "Sabah" qəzeti xəbər yayıb.
"Türk Hava Yolları"nın yüzlərlə əməkdaşı şirkətin Baş müdiriyyət binasının qarşısında tətil edir.
Tətillərin əsas məqsədi aviaşirkət rəhbərliyi ilə kollektiv müqavilənin bağlanması barədə razılığın əldə olunmasıdır.
Qəzetin məlumatına görə, hələlik tətillər aviareyslərin ləğv olunmasına gətirib çıxartmayıb. Lakin tətillərin davam etməsi nəticəsində bəzi aviareyslərin ləğv olunması və ya təxirə salınmas istisna olunmur.
Tətilin keçirildiyi yerə 500 nəfərdən ibarət Türkiyə təhlükəsizlik qüvvələri göndərilib.
Bu xəbər oxucular tərəfindən 881 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed