12.11.2011 [11:54] - Xəbərlər
Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.
Belə ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi.
Ona görə də 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.
2002-ci ildə Konstitusiyanın 22 maddəsinə 31, 2009-cu ildə isə 29 maddəyə 41 əlavə və dəyişiklik edilib.

Bu xəbər oxucular tərəfindən 3174 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |