16.05.2013 [10:33] - Türk dünyası-Turan, Müsahibə
Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin rəhbəri, jurnalist Sərdar Ünsalla müsahibə.
- Sərdar bəy, bir müddət bundan öncə kürdlərin İğdırda fəallaşması ilə bağlı xəbərlər alırdıq. Hazırda İğdırda vəziyyət necədir?
- İğdırda milliyətcə kürd olan əhali zaman ərzində çoxalıb. Sonuncu dəfə bələdiyyə seçkilərində qalib gələn kürdlər İğdırın hüdudlarından kənarda yaşayan kürdləri gətirərək burada məskunlaşdırırlar. Ancaq İğdırda yaşayan Azərbaycan türkləri oranı tərk edib getməyib. Onların bir hissəsi getsə də, əksəriyyəti qaldı. Sonuncu dəfə isə birləşərək Sinan Oğanı millət vəkili olaraq seçdilər. Bu cür birlik içində olmaq hamını xoşbəxt etdi. Hər kəsə təskinlik verdi.
- Qarşıdan gələn parlament və ya bələdiyyə seçkilərində Azərbaycan türklərinin yenidən uğur qazanması mümkündürmü?
- 10 ay sonra bələdiyyə seçkiləri keçiriləcək. Bu seçki İğdır üçün çox önəmlidir. Əhali deyir ki, sadəcə bir namizəd olsun, səsimizi də ona verək. Lakin indi görünən odur ki, AK partiyası və o cümlədən MHP bələdiyyə sədrliyinə namizəd olaraq Azərbaycan türkünü irəli sürəcək. Səslər keçən dəfəki kimi bölünəcək və yenə də BDP, yəni kürdlər qalib gələcək... Şəhər camaatı deyir ki, sadəcə bir Azərbaycan türkü namizəd olsa biz seçkilərdə qalib gələrik. İndiki vəziyyət bu cürdü. Bəlkə AKP kürd namizəd irəli sürərsə, bu halda MHP-nin namizədi olan Azərbaycan türkü seçkilərdə qələbə çala bilər. Əks halda kürdlər qalib gələcək. Azərbaycan türkləri birləşərək tək bir namizədlə mübarizə aparsalar qalib gələ bilərlər, bu qələbəni qazanmaq üçün hər kəsin üzərinə böyük iş düşür...
- Sərdar bəy, bir az da tarixə müraciət edək. Ermənilərin Anadolu bölgəsində törətdiyi qırğınlar haqqında dünya nədənsə susmağa üstünlük verir. Halbuki, bölgədə yüz minlərlə insan qətlə yetirilib...
- Ermənilər 1915-1920-ci il tarixləri arasında Anadoluda minlərlə insan qətlə yetiriblər. Bunun sübutları da mövcuddur. Elə Şərqi Anadolu bölgəsində 80 min türk şəhid olub. O zaman bu qətlləri törədən ermənilərin nəvələri də 1989-1992-ci illər arasında İrəvanda, Qarabağda Azərbaycan türlərinə qarşı soyqırım həyata keçirdilər. Bütün bu reallıqlar ortada ikən dünya nədənsə susur. Çünki Qərbdə özünəməxsus xaçlı şüuru var və dünya dövlətlərinin çoxu onların tərəfindədir, onların yalanlarına inanır. Digər tərəfdən isə erməni diasporası dünyanın bir çox yerində çox ciddi fəaliyyət göstərir. Özlərini istədikləri kimi təqdim edirlər və dünya millətlərini yanıldırlar. Biz də özümüzü düzgün ifadə etməliyik. Erməni yalanlarını üzə çıxarmalıyıq. Türkiyə və Azərbaycan olaraq erməni yalanlarını dünya miqyasında ifşa etməliyik ki, hər kəs onların əsl üzünü görsün. Bugünki dövrdə erməniləri ən çox ABŞ ) və Fransa müdafiə edir, ona görə də məhz orda daha çox fəaliyyət göstərmək lazımdır ki, bunu da Azərbaycan edə bilər. Azərbaycanın neftindən yararlanan xarici şirkətlər istəsələr işğal edilmiş torpaqların azad edilməsinə kömək edə bilərlər. İstəsək həqiqətən də güclü diaspora yarada bilərik. Dünya dövlətlərindən jurnalistləri Anadoluya və Azərbaycana dəvət edib erməni qruplaşmalarının törətdiyi vəhşilikləri sübutlarla göstərə bilərik...
- Bəzi ekspertlər belə şərh edirlər ki, PKK məsələsinin həllindən sonra Ermənistanla sərhədlərin açılması məsələsi yenidən gündəmə gələ bilər. Qarşıda Türkiyə-Ermənistan sərhədlərinin açılması gözlənilirmi?
- Hal-hazırda elə bir şey gözlənilmir, lakin istisna edilmir də. Çünki PKK probleminin həllindən sonra yenidən gündəmə gətirilə bilər. Çünki kürdlərə verilən bəzi haqlar erməniləri həvəsləndirə bilər. Türkiyədən sərhədlərin açılmasını və üzr istənilməsini tələb edə bilərlər. Çünki məqsədlərinə o zaman nail ola bilərlər. PKK problemi həll olunduqdan, Şimali İraqda kürd dövləti qurulduqdan sonra İsrail və ABŞ erməni məsələsinə yenidən əl atacaq və Türkiyəyə bu məsələ ilə bağlı yenidən təzyiq göstəriləcək. O halda sərhədlər açıla bilər. Açılarsa, Türkiyə-Azərbaycan qardaşlığı da bitər. Məhz buna görə də həm baş nazir, həm də prezident sərhədlərin açılmayacağına dair söz veriblər. Lakin, siyasətdə hər şey ola bilər.
- İğdırın Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Azərbayanlı iş adamları İğdırda yatırım qoymaqda maraqlıdırlarmı?
- Məncə, Azərbaycan İğdıra daha çox əhəmiyyət verməlidir, eynilə Türkiyə də. Çünki İğdır türklüyə, Orta Asiyaya açılan qapıdır. Əgər İğdırda türk əsilli əhali azalarsa, yox olarsa, bu hamımıza çox ağır başa gələr. İğdırı Kərkükə çevirmək istəyənlər var. İğdırı kürdləşdirmək istəyənlər var və addım-addım məqsədlərinə doğru gedirlər. Buna görə də hamımız İğdıra yiyə durmalıyıq. Azərbaycanlı biznesmenlər İğdıra sərmayə qoya bilərlər. Bunun sayəsində azərbaycanlılar İğdırı tərk etmək məcburiyyətində qalmazlar. Yəni, azərbaycanlı biznesmenləri buna sövq etmək lazımdır. Uzun sözün qısası İğdıra yiyə durulmalıdır. İğdırda yaşayan Azərbaycan türkləri həmişə Azərbaycanın səsi olublar, bu indi də belədir. Azərbaycanı qarşılıqsız sevən o insanlara lazım olduğu təqdirdə, Azərbaycanda iş verilməlidir ki, onlar da qazandıqları pul ilə İğdıra sahib çıxa bilsinlər. Əks təqdirdə gələcəkdə İğdırda vəziyyət heç yaxşı olmayacaq. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, əslən İğdırlı olan və Azərbaycanda fəaliyyət göstərən bəzi insanlar bizə mübarizəmizdə heç bir yardım göstərmirlər.
Sonda düşüncələrimi sizə çatdırmaq imkanını tanıdığınız üçün təşəkkür edirəm.
Elnur Eltürk

Bu xəbər oxucular tərəfindən 1202 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |