16.05.2013 [16:12] - Xəbərlər, Bildiriş
Yaxın vaxtlarda Gəncə iki beynəlxalq tədbirə ev sahibliyi edəcəkdir.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov demişdir ki, bunlardan biri USEİF-ın təşkilatçılığı ilə Azərbaycanda təhsil alan xarici tələbələrin forumudur. 100-ə qədər xarici tələbənin qatılacağı tədbir mayın axırlarında reallaşacaqdır. İkinci tədbir isə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası Təşkilatı tərəfindən həyata keçiriləcəkdir.” Gəlin bir-birimizi tanıyaq!” adlı tədbirdə Avropanın 6 ölkəsindən 24 nəfər gəncin iştirakı gözlənilir.
Müsahibin sözlərinə görə, hər iki tədbirin keçirilməsində əsas məqsəd gənclərin dünyaya inteqrasiyası, eləcə də Azərbaycanın qədim şəhərlərindən olan Gəncəni dünyaya tanıtmaqdır.

Bu xəbər oxucular tərəfindən 1109 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |