16.05.2013 [16:18] - Gündəm, İqtisadiyyat
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 17,2 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 1 861,9 manat (2 372,8 ABŞ dolları) təşkil edib və ötən ilin ilk dörd ayı ilə müqayisədə bu göstərici 2,5% artıb.
«Hesabat dövründə qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9% artıb, onun ÜDM-də xüsusi çəkisi 51,5% təşkil edib. Qeyri-neft sektorunun belə artımını əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyərin 1,4 dəfə, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 21,3% artması təmin edib, bununla yanaşı ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində əlavə dəyər 9,4%, informasiya və rabitə xidmətlərində 8,9%, nəqliyyat və anbar təsərrüfatında 5,3%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,8% artıb», - deyə Komitədən bildirilib.
ÜDM-in 51,3%-i sənayedə, 2,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 9%-i tikintidə, 7,8%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,2%-i nəqliyyat və anbar təsərrüfatında, 2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8%-i informasiya və rabitə xidmətləri sektorunda, 12,7%-i sosial və digər xidmət sahələrində istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 6,7%-ni təşkil edib.

Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |