Şrift:
“Ermənistan əhalisinin ölkəni kütləvi şəkildə tərk etməsi milli fəlakət səviyyəsinə çatıb”
12.11.2011 [12:25] - Gündəm
“Biz çoxqütblü xarici siyasət kursuna sadiqik”

“Azərbaycan çoxqütblü xarici siyasət kursuna sadiqdir”. Bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Avstriyasnın “Der Standard” qəzetinə müsahibəsində bildirib.

“Türkiyə Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən yaxın tərəfdaşıdır. Eyni zamanda Azərbaycan özünün şimal qonşusu olan Rusiya ilə də etibarlı münasibətlərə malikdir”. Azərbaycanın Qərblə də tərəfdaş olduğunu xatırladan Əzimov qeyd edib ki, ölkə öz ərazisində xarici hərbi bazalar yerləşdirmək niyyətində deyil.

Azərbaycanın zəngin təbii ehtiyatlara malik olduğunu xatırladan xarici işlər nazirinin müavini indi ölkənin qlobal oyunçuya çevrildiyini deyib. Hal hazırda Azərbaycanda yüksək iqtisadi inkişafın müşahidə edildiyini vurğulayan nazir müavini bildirib ki, “Qonşu Ermənistan belə bir şəraitdə özündən mən nə qazandım deyə soruşmalıdır. Azərbaycanda iqtisadi sıçrayış baş verdiyi bir halda Ermənistanda iqtisadi tənəzzüldür. Əhali bu ölkəni tərk edir və bu tendensiya artıq milli fəlakət səviyyəsinə çatıb”.

“Nabucco” və digər alternativ enerji layihələri barədə danışan Araz Əzimov bildirib ki, burada bir marşrut digərini istisna etməməlidir: “Enerji marşrutlarının şaxələndirilməsi hamı üçün faydalı olacaq.
Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed