Şrift:
Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransı
30.05.2013 [11:58] - Gündəm, Mədəniyyət
Bakıda təşkil olunacaq II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransı keçirilib.Konfransda əvvəlcə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev forumun gündəliyi haqda məlumat verib.


Sonra çıxış edən BMT-nin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nəsir Əbdüləziz əl Nasir tədbirin əhəmiyyətindən danışıb. İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri isə vətəni Suriyadakı vəziyyətə toxunub: “Orada vəziyyət çox gərgindir. Ümid edirəm ki, sonda hər şey yaxşı olacaq. Suriya xalqı müqəddəratını özü müəyyən etməlidir və üçüncü tərəfin ora müdaxilə edilməsini istəmirik. Azərbaycana gəlincə isə, bu ölkə digərləri üçün model ola bilər. Burada müxtəlif dinlərin nümayəndələrinin birgə yaşaması başqaları üçün nümunədir”.

UNESCO baş direktorun müavini Katerina Stenu bildirib ki, Avropada maliyyə böhranı səbəbindən inkişaf dayanıb, digər ölkələr isə inkişafını davam etdirir: “İnsanların inkişafını heç nə dayandıra bilməz. Bakıda keçiriləcək forum bu inkişafa və müxtəlifliyə yardım edir. Düşünürəm ki, Bakı mədəniyyətlərarası dialoqun paytaxtı ola bilər”.

Ümumdünya Turizm Təşkilatının Yaxın Şərq üzrə regional direktoru Əli Qafar isə bildirib ki, turizmin inkişafı üçün sülh, əmin-amanlıq, insanlar arasında qarşılıqlı hörməti kimi amillər vacibdir. Forumun tolerantlığın inkişaf etdirməsi nöqteyi-nəzərdən vacibliyinə toxunan Ə. Qafar forumun işinə uğurlar arzulayıb.
Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed