Şrift:
Ailə həkimi ilə bağlı yeni qanun parlamentdə müzakirəyə çıxarılacaq
05.06.2013 [12:38] - Gündəm, Sağlıq
Azərbaycan Milli Məclisi payız sessiyasında yeni “Ailə həkimi haqqında” qanun layihəsini müzakirəyə çıxarmağı planlaşdırır. Layihə birinci oxunuşda müzakirəyə çıxarılacaq və növbəti oxunuşlar üçün də ictimai rəylər nəzərə alınacaq.

Azərbaycanda ilk olan yeni qanun sosial sifariş əsasında hazırlanır. Məqsəd əsasən ucqar yerlərdə yaşayan insanların sağlamlığına diqqəti daha da artırmaq və ailə sağlamlığının inkişafını nəzarətdə saxlamaqdır. Layihənin hazırlanmasında Fransa və ABŞ təcrübəsindən istifadə olunur. Layihədə ailə həkimi xüsusi statusla müəyyən olunacaq və bu cür həkimlərin təyin olunması üçün müvafiq qurumlar tərəfindən müsabiqələr təşkil ediləcək.
Bu xəbər oxucular tərəfindən 1062 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed