Şrift:
Euronews Nizami Gəncəvi barədə səhvini düzəltdi
12.06.2013 [16:10] - Gündəm, Mədəniyyət
Mərkəzi ofisi Fransada yerləşən “Euronews” telekanalının saytının rus dilində olan versiyasında Gəncə barədə hazırlanan materialda Nizami Gəncəvi fars dahisi kimi təqdim olunub.

İyunun 9-da saytda yerləşdirilən “Azərbaycan həyatı” silsiləsindən “Gəncə, fars dahisi Nizaminin vətəni” (Qəndja, rodina persidskoqo qeniə Nizami) adlı yazıda və süjetdə aparıcı Pol Makdauel qeyd edir ki, fars klassiki Nizami müasir Azərbaycanda yerləşən Gəncə şəhərində anadan olub və bir çox digər şairlərin və yazıçıların yaradıcılığına təsir edib.

APA “Euronews”la əlaqə saxlayaraq, N. Gəncəvinin fars kimi təqdim olunmasının yanlışlığını diqqətə çatdırıb. Bundan sonra kanal səhvi aradan qaldırıb, başlıq “Gəncə, şair Nizaminin vətəni” kimi verilib.
Bu xəbər oxucular tərəfindən 1147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed