Şrift:
Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların 83 faizindən çoxu neft-qaz sektorunun payına düşür
13.06.2013 [00:20] - Gündəm, İqtisadiyyat
Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar qismində yatırılan xarici kapitalın ümumi həcmi 1,4 milyard dollar təşkil edib ki, burada neft-qaz sektorunun xüsusi çəkisi 83,2 faiz səviyyəsində olub. Bu barədə çərşənbə günü Azərbaycan Mərkəzi Bankının tədiyyə balansında deyilir.
Bu investisiyalar Azərbaycan ərazisində, əsasən, neft-qaz layihələri çərçivəsində "BP Exploration Ltd" ("Şahdəniz") və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında aparılan işlərin maliyyələşdirilməsi məqsədilə istifadə edilib.
AMB-nin hesablamalarına görə, qeyri-neft sektoruna cəlb edilmiş birbaşa investisiyaların həcmi 238,1 milyon dollar təşkil edib ki, bu da ölkəyə cəlb edilmiş birbaşa investisiyaların ümumi həcminin 16,8 faizini təşkil edib.
Bu xəbər oxucular tərəfindən 1131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed