Şrift:
Bakıda tikilən nəhəng stadion belə olacaq
18.07.2013 [11:32] - İdman
Stadion 65 min tamaşaçı tutacaq

Bakıda Olimpiya Stadionunun tikintisi sürətlə davam etdirilir. Təməli 6 iyun 2011-ci ildə qoyilan nəhəng tikilinin alt hissəsində - bünövrəsində işin böyük hissəsi artıq geridə qalıb. Tikinti meydançasına işə yüzlərlə iri-xırda texnika cəlb edilib. İş 3 növbəli rejimdə davam etdirilir.
Bakıya öz müasir tikinti üslubu ilə rəng qatacaq və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub.

Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.

Qeyd edək ki, stadionun təməlini prezident İlham Əliyev, FİFA və UEFA prezidentləri qoyublar. 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının açılışının burada keçirilməsi planlaşdırılır.

Stadion Bakının Böyük Şor qəsəbəsində, “Koroğlu” metro stansiyasının yaxınlığında tikilir.



Bakıda tikilən nəhəng stadion belə olacaq
Bu xəbər oxucular tərəfindən 1130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed