Şrift:
Yaxın 3 gün ərzində temperaturun yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər
22.07.2013 [12:52] - Gündəm, Sağlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti iyulun 23-də gözlənilən hava proqnozunu açıqlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, iyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.



Azərbaycanın rayonlarına hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 32-37, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.



Yaxın 3 gün ərzində Abşeron yarımadasında temperaturun nisbətən yüksəlməsi və arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər
Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed