Şrift:
Azərbaycan sinoptiklərindən növbəti xəbərdarlıq
15.08.2013 [12:48] - Gündəm, Bildiriş
Yaxın 3 gün ərzində Bakı və Abşeron yarımadasında günorta saatlarında isti diskomfort şərait, bəzi saatlarda yüksək temperatur fonunda havada rütubətin çox olması ilə yaranan bürkü hissi meteohəssas insanlar üçün əlverişsizdir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında avqustun 16-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

bşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 16-da hava şəraiti yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1001 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed