23.11.2011 [14:05] - Gündəm
2012-ci ildə ATƏT-ə sədrlik edəcək İrlandiya ATƏT məkanındakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə və Cenevrə prosesinə xüsusi diqqət yetirəcək.
APA-nın xəbərinə görə, İrlandiya hazırda qarşıdakı sədrliyi dövründə görüləcək işlərin, keçiriləcək tədbirlərin planını tərtib edir. Bu planlar sırasına 2012-ci ilin aprelində Şimali İrlandiyanın Belfast şəhərində xüsusi konfransın təşkili də daxildir. Konfransda Şimali İrlandiyanın münaqişələrin həllində təcrübəsi müzakirə ediləcək.
Məlumatı APA-ya verən mənbə bildirib ki, İrlandiya sədrliyi dövründə ATƏT məkanındakı münaqişələrin həllinə öz töhfələrini verəcək, lakin bu ölkə məsələyə realist yanaşır və problemlərin həllində böyük sıçrayışların olacağını, münaqişələrin 2012-ci ildə tam həll olunacağını vəd etmir: “Belfastın təcrübəsi Cənubi Qafqaz üçün model kimi deyil, nümunə kimi faydalı ola bilər”.

Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |