Şrift:
Bakıda trafikin orta sürəti 5 Mbit/s-yə yaxınlaşmışdır
05.11.2013 [14:36] - Sosial
“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib etmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şirkətin “NetIndex” reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.71 meqabit saniyə (Mbit/s) təşkil edir. Oktyabrda bu göstərici 4.56 Mbit/saniyə olmuşdur.
Bakıda bu göstərici 5.05 Mbit/s, Sumqayıtda isə 3.08 Mbit/s təşkil edir.
Nəticələr şirkətin 2013-cü il oktyabrın 2-dən 31-dək apardığı eksperimental araşdırmalar əsasında əldə olunmuşdur. Testlərin aparılması üçün 359 min 871 unikal IP ünvan seçilmişdir.
Azərbaycan daxil olan trafik reytinqi üzrə ötən ayla müqayisədə 1 pillə geriləyərək 118-ci yerdə qərarlaşmışdır. Sözügedən reytinqdə ilk üçlükdə Honkonq (66.45 Mbit/s), Lüksemburq (55.36 Mbit/s) və Sinqapur (52.33 Mbit/s) yer almışdır.
Xaric olan trafikin orta sürəti 2.18 Mbit/saniyə təşkil edir. Bu reytinqdə Azərbaycan 116-cı yerdədir. Bakı üzrə bu göstərici 2.36 Mbit/s, Sumqayıt üzrə isə 0.65 Mbit/saniyədir. İlk üçlükdə Honkonq (55.13 Mbit/s), Lüksemburq (42.76 Mbit/s) və Cənubi Koreya (39.21 Mbit/s) qərarlaşmışdır.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed