Şrift:
Macarıstanın Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb
10.12.2013 [10:37] - Gündəm, Türk dünyası-Turan
Macarıstanın Lakiteleki Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb.
Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, akademiyanın dinləyicilərindən 24 nəfər dilimizi, eyni zamanda, bu dil vasitəsilə tarix və mədəniyyətimizi öyrənmək qərarına gəlib.
Məşğələləri Budapeştdəki Mərkəzi Avropa Universitetinin magistrantı Aynur Məmmədova aparır.
Səfirlik Azərbaycan dilini öyrənənləri müvafiq dərsliklərlə, audio materiallarla, habelə ölkəmizin həyatının müxtəlif sahələrinə dair ədəbiyyatla təmin edib.
Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed