Şrift:
Güləşdə yeni çəki dərəcələri müəyyənləşdirildi
18.12.2013 [17:22] - Gündəm, İdman
Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən yeni çəki dərəcələri müəyyənləşdirilib. Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Belə ki, 2014-cü ilin yanvarından etibarən FILA təqvim planı üzrə bütün yarışlar dəyişilmiş çəki dərəcələri üzrə keçiriləcək.
Sərbəst güləş: 57, 61, 65, 70, 74, 86, 97, 125
Yunan-Roma güləşi: 59, 66, 71, 75, 80, 85, 98, 130
Qadın güləşi: 48, 53, 55, 58, 60, 63, 69, 75
2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında isə güləşçilər 6 çəki dərəcəsində mübarizə aparacaqlar.
Sərbəst güləş: 57, 65, 74, 86, 97, 125
Yunan-Roma güləşi: 59, 66, 75, 85, 98, 130
Qadın güləşi: 48, 53, 58, 63, 69, 75
Yeniyetmə və gənc güləşçilərin çəki dərəcələrində isə dəyişiklik baş verməyib.
Bundan başqa, güləş qaydalarında da bəzi dəyişikliklər təsdiqlənib.
Texniki qələbə üçün sərbəst güləşdə 10 xal, yunan-Roma güləşində isə 8 xal fərqinə nail olmaq lazımdır. Sərbəst güləşçilər hər aşırma fəndinə görə 4 xal qazanacaq. Yunan-Roma güləşində rəqibi aşırma və nəzarətdə saxlama fəndinə görə 4 xal, rəqibə effektli fənd tətbiq etməyə görə 5 xal veriləcək. Ardıcıl iki 3 xallıq və bir 5 xallıq fənd görüşün başa çatması ilə nəticələnəcək. Yunan-Roma güləşində hesab 0:0 olarsa, sonuncu xəbərdarlıq alana məğlubiyyət veriləcək.
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed