Şrift:
Türkiyədə seçki qərargahına hücum: ölən və yaralananlar var
27.01.2014 [13:34] - Gündəm, Türk dünyası-Turan
Seçki qərargahının açılışı vaxtı tədbir iştirakçıları naməlum qrupun silahlı, daşlı və dəyənəkli hücumuna məruz qalıblar

Türkiyənin İstanbul şəhərində Milliyyətçi Hərəkat Partiyasının (MHP) seçki qərargahının açılışında ölümlə nəticələnən insident baş verib.Yerli mətbuata istinadən verdiyi xəbərə görə, ötən gün Esenyurt rayonunun Fatih məhələsində baş vermiş hadisədə 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, seçki qərargahının açılışı vaxtı tədbir iştirakçıları naməlum qrupun silahlı, daşlı və dəyənəkli hücumuna məruz qalıblar. Dərhal hadisə yerinə polis və təcili yardım cəlb olunub.

Hadisə yerində göstərilən ilkin tibbi müdaxilədən sonra yaeralılar yaxınlıqda olan xəstəxanalara çatdırılıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq yaralılardan Cengiz Akyıldızın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verdiyi yerdə və yaralıların olduğu xəstəxananın qarşısında polis gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərir.

Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.

Türkiyədə bu il mart ayında bələdiyyə seçkisi keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed