Şrift:
Dövlət rəsmisinin jurnalistə cavavı
08.02.2014 [15:13] - Xəbərlər, Sosial
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Prezident İlham Əliyevin sərəncamı əsasında Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən yaşayış binasına çəkilən xərclərin şişirdildiyi barədə iddialara münasibət bildirib.

AzPolitika.info-nun araşdırmasında bildirilirdi ki, bir neçə ay əvvəl jurnalistlərə paylanan 2 bloklu, 17 mərtəbəli binanın tikintisi və təmirinə KİV-ə Dəstək Fondunun maliyyə hesabatında göstərildiyi kimi, 22 milyon manatdan artıq vəsaitin xərclənməsi real görünmür. Lakin Fond bu iddiaları qəbul etmir və irad bildirir ki, jurnalist araşdırma apararkən binanın tikintisi və təmirindən əlavə görülən işlərə çəkilmiş xərcləri nəzərə almayıb, həmçinin tikintinin sahəsini xeyli az göstərib.

Fondun icraçı direktoru Vüqar Səfərlinin məktubunu oxuculara təqdim edirik.

“AzPolitika.info saytının redaktoru
cənab Elnur Məhərrəmliyə

Saytınızda 04.02.2014-cü il tarixdə yerləşdirdiyiniz “KİV-ə Dəstək Fondunun sensassiyalı hesabatı: jurnalistlərin 2 otaqlı mənzili dövlətə 143 min manata başa gəlib!” başlıqlı yazıda böyük yanlışlıqlara yol verilmişdir. Odur ki, real faktları oxucularınıza çatdırmaq üçün aşağıdakı məlumatların verilməsini zəruri hesab etdik.
Sizin əməkdaşınız yazıda reallığı əks etdirməyən və qərəzli şərhlər verməklə, oxucuları yanlış istiqamətə yönəltmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, yazıda adları çəkilən konkret şəxslərin binanın tikintisini aparan “PORTOS” MMC ilə heç bir əlaqəsi yoxdur. Binanın tikinti sahəsinə gəldikdə isə, burada böyük yanlışlığa yol verilmişdir. Belə ki, binanın ümumi sahəsi 21.514 m2 olduğu halda sizin əməkdaşlar öz hesablamalarında binanın yalnız 12.500 m2 -lik yaşayış hissəsini nəzərə almış, 9 min m2 çox sahəni hesaba almamışlar. Elə buna görə də binanın hər m2 çəkilən xərc barədə fantastik rəqəm göstərmişlər. Bu və digər istiqamətlər üzrə apardığınız araşdırmalar da həqiqəti əks etdirmir.

Binanın tikintisinin xərclər təsnifatını əks etdirən məlumatları sizə təqdim edirik:

Tikinti xərclərinin təsnifatı

Tikintinin ümumi dəyəri – 22.396.316
Ədv-siz dəyəri – 18.979.928
Ədv – 3.416.388

Tikintinin ümumi sahəsi – 21.514 m²
Mənzillərin ümumi yaşayış sahəsi – 12.178 m²
Zirzəmi – 2152 m²
I mərtəbə – 1076 m²
Mansard – 1076 m²
Lift,koridor,pilləkən marşı,keçidlər – 5032 m²

1) Tikinti sahəsindən ayrı olan işlər

Şaquli planlaşma – 760237 AZN
Yaşıllaşma – 88518 AZN
Səkilər və yollar – 129035 AZN
Su kanalizasiya – 50754 AZN
Qaz – 251675 AZN
Su anbarı – 93928 AZN
Nasosxana – 66818 AZN
CƏM – 1.440.966 AZN

2) Elektrik padstansiyası xarici kabel və rabitə – 1.147.152 AZN (1000 KW 2 ədəd)
3) Fasad hissəsi Polirutan – 1.527.776 AZN
4) Müvəqqəti bina qurğular və nəzərə alınmayan xərclər – 741.800AZN
5) Vergi (əmlak və mənfəət) – 872.750 AZN
6) 17 mərtəbəli yaşayış binası 17. 210m2 + 2 mərtəbə zirzəmi 2.152 m² + mansard 1.076 m² – 13.249.484 AZN


Hörmətlə, icraçı direktor V. Səfərli”
Bu xəbər oxucular tərəfindən 1011 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed