13.02.2014 [12:27] - Mədəniyyət
Ayrılıq
(poema)
Biz qapıda dayandıq,
Titrək barmaqlarımla
Asta döydüm qapını.
Gözlükdən baxdım içəri,
Heç nə görə bilmədim,
Nə kölgə, nə qaraltını.
Susdum, kimsə qapı dalından
-Kimdir? – deyə astaca pıçıldadı.
Sonra da taxta nimdaş qapı
Asta-asta açıldı.
Görən kimi o məni
Kirpiyini çalaraq
Hönkür-hönkür ağladı.
Bir neçə an tutuldum,
Onun hıçqırıqları
Ürəyimi dağladı.
Təkcə dodaqlarında
- Sənsən? – sözünü dedi.
Qapını açaraq
Bizi otağa ötürdü...
Tanış etdim Zümrüdü,
Qucaqlaşıb öpüşdülər.
Elə bil ki, yüz ildi tanışdılar,
İllər arxasından gəlib onlar,
Təzədən görüşdülər.
Üç körpə görüb bizi
Min təlaşa düşdülər.
Zümrüdlə hər üç oğlan uşağı
Ən doğma adam təki
Öpüşüb görüşdülər.
Yarı zirzəmi otaqda,
Yorğun lampa işığında
Dayandıq biz lal kimi.
Biz də yorğun yolçu tək
Baxışdıq xəyal kimi.
Başını saldı aşağı,
Sanki günahkar kimi
Bizdən ayrıldı,
Hər üç oğlan uşağı...
Bir il idi gəlmirdim,
Tanıdığım, oxuduğum
Məşhur kitabın ilk səhifəsini
Oxumağa qorxurdum.
Axı ondan sonra mən
Asfalt yollara -
Bu ünvana uzaqdan baxırdım.
Qoçaqlığım çıxıb yaddan,
Tüstüsüz, alovsuz
Alışıb yanırdım, ancaq
Qorxmurdum oddan.
Çay gətirdi o bizə,
Masa arxasında
Dayanmışdıq üz-üzə.
İyirmi doqquz illik
Qara şəvə saçları
Ağarmışdı necə də!
Cüt o qara gözlər
Batmışdı sanki
Qaranlıq gecədə
Dəniz dərinliyində...
İtmişdi elə bil ki,
Otağın şirinliyi də.
Otağın küncündə
Kitab rəfindən
Boylanırdı Heminquey,
Onunsa boynundakı
Alabəzək şarfdan
Görünürdü
Yana daranmış,
Sıralanmış saçları.
Bir də, bir də
Dişləri arasından
Görünürdü həzin təbəssümü,
Baxdıqca itirirdim özümü.
Təbəssümü içində
Bir kədər də var idi.
Qəmli o baxışlarda
Bir səhər də var idi.
Hamı susmuş, danışmır,
Xəyal qaçmış uzağa.
Elə bil ki, düşmüşdük
Sibirdəki sazağa.
Elza pozdu sükutu,
- Artıq nə etmək olar!?
Ötüb keçən araya,
Allah ömür versin,
Böyük Rəsul Rzaya!
Düzəldib məni işə.
Fikirlərim dağılır,
Başım qarışır kitablara,
Yol getmirəm keçmişə.
Paşa, Azər böyüyür,
Orxan da dingildənir,
Süleyman babasın görür.
Qapı dalında gizlənir...
Bu an qapı döyüldü,
Gəldi Süleyman kişi,
Bizi görən tək onun
Sanki, artdı təşvişi.
- Nə yaxşı qonağın var!
Çoxdan görünmür gözə.
Nə əcəb, xanımıyla
O, qonaq gəlib bizə!
Salamlaşıb, görüşdük,
Dayandıq lap üz-üzə.
Keçmişləri bölüşdük,
Söz calandı təp-təzə.
Həyəcanlı anlarda
Danışmaq da çətindir.
Keçən hicranlı günlər
Mənim də qismətimdir...
Dünya vəfasız imiş,
Ömrün vəfası buymuş!
Uzaqdan baxmaq ilə
Kimlər bu hissi duymuş!..
* * *
Oxumağa gəlmişdim
Darülfünə, Bakıya...
Kəndçi bir bala idim
Yel əsirdi başımda,
Binalara baxırdım
Xəzər də yaddaşımda.
Uzun saçlı oğlanlar
Şalvar geyən qızlarla,
Mavi buludlar kimi
Sıxlaşıb, toqquşurdular,
Nabələd fikirlərsə
Beynimdə çaşırdılar.
Qəribə, gözlənilməz
Havalar da olurdu,
Şeir yazmaq həvəsim
Başıma tez dolurdu.
Uydururdum sözləri
Xəzərin nəfəsinə.
Qafiyələr, rədiflər
Tapırdım hərəsinə...
“Ulduz” jurnalı alıb
Ünvanını öyrəndim.
Təzə şerlərimlə
Həmin ünvana gəldim.
Məni çoxu dinlədi:
Məmməd, Tofiq dinlədi.
Şerləri qaytarıb
Məni yola saldılar.
Məndən hayif aldılar.
Dedilər ki, zəifdir,
Hələ şeir deyildir.
Biri kobudca dedi:
- “Sən sərsəmsən,
Yazdıqların veyildir”.
Kor-peşiman addımladım
Bir baxçanın içinə.
Dəli şeytan dedi ki,
Heç nə alma vecinə!...
Baxçada oturacaqda
Xeyli xəyala daldım.
Ötən gün şeirlərin
Bir-bir yadıma saldım.
Bu an başım üstündə
Parladı yeni şimşək.
- Çox da rahatsız olma,-
söylədi o,
Bir an gülümsəyərək.
- Hamısı zəif deyil,
Bəzisi açıb çiçək.
Yaxşı yazmaq üçün sən
Çoxlu oxuyasan gərək!
Sonra əlin uzadıb,
- Əli Kəriməm, - dedi.
Adıma qafiyə de!
- Bəli, dərdi sərimsən,- dedim.
Xeyli gülümsəyərək
Əlimi bərk-bərk sıxdı,
Sonrakı dostluqlarda
Hər şey yadımdan çıxdı.
O anlar, o zamanlar
Onun yanına gələrdi
Biri Vaqif İbrahim,
Biri – Adil Rəsul,
Biri də Sarı Vaqif...
Hərəsinin öz yeri,
Hərəsində bir üsul.
Biri əməldə vaqif,
O birisi günlərə.
Mən də ölçüb biçirdım
Sözlərimi min kərə...
Çox uzun yaşamadı...
İndi sükut içində
Unutmuram o adı...
Şeir də gəldi, getdi,
Şair də gəldi, getdi.
İlahinin işidi,
Taleh gör nələr etdi!..
Bir poema üstündə
Ona nələr dedilər...
“Bir santimetr balladayla”
Onu ləkələdilər.
İşdən azad etdilər,
Ağır oldu dərd ona
İçində çəkdi dərdi.
Ədalətsiz hökmlər
Həyata itki verdi...
Ayrılıq da, itki də
Bu şeirə vida dedi.
Təhlükəli baxışlar,
İstedadları yedi!!!
Bircə ona şadam mən,
Ona dediyim sözlər,
Oxuduğum şeirlər,
Sonradan yerin tutdu.
Ona kim qurğu qurdu
Həyat özü onları
Yer üzündə unutdu...
Ancaq Əli qəlblərdə
Yaşayır çiçək kimi.
Şeiri gənc dodaqlarda
Səslənir ürək kimi...
O, çox çətin yaşadı,
O, nigaran yaşadı
Susdu, yandırdı özün
Hadi kimi sözüylə
Kor etdi çoxunun gözün.
Ürək dostu olanlar
Ona məhrəm oldular.
Zatı xilaf qalanlar
Adıyla adlandılar...
* * *
Ürək dostu –
bir nəfər
Ona qardaş demişdi.
İnamla, əqidəylə
Etibarlı, məqsədsiz
Ona can-baş demişdi.
İnanıb istedadına,
Qələminə, adına
Şübhəsiz imkanlara,
Müqəssir adamlara
Baxaraq maddım-maddım,
Ürəyi yana-yana
Baxıb bahara, yaza
Ona qardaş – demişdi
Böyük şair Rəsul-Rza!
Ağli-qaralı günlər
Ötürdü yavaş-yavaş.
Sınıq könlü olanı
Necə qorusun qardaş?!
Ən böyük qardaşısa,
Böyük Fikrət Qocaydı.
Sanmayın onun boyu
Kimlərdənsə ucaydı.
Əqli Kamil insandı
Yoldaşlar arasında.
Az görünərdi gözə,
Bəzən itib batardı
Şerinin sırasında.
Fikrət Sadıq da yaxın,
Lap yaxın qonşu idi.
Uşaqlarçün yazardı,
Çiyninə ədalətli
Bir nəfəs qonmuş idi.
Haqqa inanardı Əli,
Baş əyməzdi heç kimə.
Nə Calala baş əydi,
Nə də pullu Rahimə.
Dərdi çəkdi içinə,
Heç kəsə dərd vermədən
Gizildədi, sızladı
Heç bir dosta demədən.
Onda qüsur yox idi,
Əhməd cavadınkı tək,
Müşfiqi düşünərdi,
Cavid tək üşünərdi
Düşünüb qüsur haqda
Susur, susurdu o,
Sinəsində bir ürək.
Suallar və cavablar
Qalırdı qüsur kimi.
Qəlbində iztirablar
Susdururdu qəlbini.
Əziz bacım Elza da
Düşünürdü, susurdu.
Sanki müqəssir idi,
Cavabları udurdu...
Ədalət axtaranlar
Sübut, dəlil tapmırdı.
Bu an Əli Kərimdə
Sanki, nəsə çatmırdı...
Ürəyimlə deyirəm
Bu sözləri indi mən.
Həqiqəti deyirəm,
Ədalətlə deyirəm:
-Çıx qəlbimdən qalmasın
Böyük kədər
Böyük qəm!
Qoy qalmasın içimdə...
Sərdar Əsəd dərdi də
Əliyə bir yük idi.
Sərdarın faciəsi
Hər işdən böyük idi,
Saxlayırdı içində,
Heç kimə söyləmirdi.
Sanki susmağı ilə
Çox şeylər gözləyirdi.
Gizlədirdi içində
Neçə qəmi, kədəri.
Beləcə o, açırdı
Gecələrdən səhəri.
Həmişə düşünərdi,
Paşa, Azər Orxanı...
Onların gələcəyi –
Onların görəcəyi
Yenilməz bir quş kimi
Düşündürərdi Elzanı.
Əlininsə sükutu
Ovutmazdı insanı...
***
Oğlanlarla oynayır
Atılıb düşər Əli.
Çətin günlər çox olub...
Məgər cinayət olub?
Yalandan söyləyəkmi?
Sonu bəraət olub:
- Bəli!
Ona ittiham yoxdur,
Ona bəraət ola!
O böyük şair idi,
Xalqa xidməti olan!
O hər dərdə dözürdü,
O, özünü üzürdü...
İçindəki ağrılar
Onu doğrayır, kəsir.
O isə durub dözüb
Heç kimə söyləmirdi.
Bəlkə düşünürdü ki,
Ömrün son anlarıdır...
Bəlkə düşünürdü ki,
Bütün bunlar hamısı
Allahın fərmanıdır.
Haqqa qənim çıxanlar,
Ədalətli, insanı
Nahaqdan yandıranlar
Hər an düşünürdülər,
Onların dövranıdır.
Ancaq çoxu bilmədi,
Kəsiləntək səsləri,
İtəntək nəfəsləri
Unudulacaqdır onlar,
Pozulacaqdır onda
O zamankı qanunlar...
Əsil insandan isə
Qalacaqdır nəğmələr.
Qaranlıqlar düşsə də,
Açılacaq al-səhər
Deyər, gülər, danışar
Onun haqda nəsillər,
Canlanar xatirələr!...
O sevirdi torpağını,
Sevirdi Vətənini,
Sevirdi həm gəncliyi.
Ailəsini sevirdi,
Üç oğlunu sevirdi,
Canından əziz,
Canından artıq olan
O, onları bilirdi.
-Gəl Azərim,- deməklə
Canı fəda verirdi.
O sevirdi Xəzərin
Sahilində gəzməyi.
O sevirdi Göyçayın
Çaylarında çimməyi.
Gecələr çıl-çıraqlı
Bakı küçələrində
İşıqlara baxardı,
Xumarlanıb durardı.
Qırmızı, yaşıl, sarı
İşıqforu seyr edər,
Ümüd çıraqlarıyla
Mənzilinə o gedər.
Xəzərin sahilində
Qum üstə gəzinərdi.
Suların sahilində
Qağayılara baxar,
Qəlbi onlarla birgə,
Sevinər əzizlənərdi.
Bir gün öz qələmini
Qağayılara da atdı.
Elə düşündüm bu an
O faciə yaratdı.
Bil ki, daha yazmıram,
Söylədi o dənizə.
Dəniz kükrədi- daşdı,
Ləpələr hönkürləyib,
Lap yaxın gəldi bizə.
Qələm batdı sularda,
Kağız olmadı orda,
Yazıb şeir yaratsın.
Əgər kədər gələrsə,
Əzrayıl ölüm desə,
Bax, ona güllə atsın.
Baxışlardan ayrıldı,
Duruşlardan ayrıldı.
Tələsdi sevgisiylə
Görüşsün, ayrılmasın!
Xoş bahar müjdəsiylə
Görüşsün, ayrılmasın!
Anasının səsiylə
Yazsın təzə şeirlər.
Hərdən belə deyirlər
Düşünsün, ayrılmasın!
Eh, mənim də xəyalım
Sərsəmləyir rüzgar tək,
Nə istəsən sən düşün,
Gör, nələr edir fələk?!
İndi lalam, dinməzəm,
Töyşüyürəm paravoztək.
Elə bil ki yad deyil,
Qışın orta çağıdır,
Körpə fidan kimi
üşüyürəm
Lap kimsəsiz insan tək...
Sıxır məni qüssə, qəm,
Dolanır bütün aləm;
Yadıma saldıqca
Olub keçəni,
o qara gecəni,
ağır gecəni
Quruyur dodağım,
Yanır yanağım,
Keçir bir rüzgar...
Məndən əl çəkməyir,
Köhnə yuxular...
Ayrılıq ölümdən
Ağırmış – ağır,
Ayrılıq ölümdən
Betərdən-betər!
İndi həsrət, ümid
De, kimə yetər?
Səmada ulduzlar
Bir-birini çağırır,
Necə pıçıldayır
Biri-birinə.
Biri batır- gedir,
O biri də qalxır,
Ayın yerinə...
Tənhalıq da yamanmış!
Ay, mənim Elza bacım,
O bizi atdı, getdi...
Bax, o canı yanmış
Bizi aldatdı, getdi.
Rəsul Rza sarsıldı
Onun bu itgisindən...
Ancaq o şux dayandı.
Ayrılmadı bizlərdən-
Azəri ölkəsindən.
Anar Krımda idi,
Gəlib çata bilmədi.
Yazar ömrü belədi,
Sonra gəlib çıxsa da,
Heç vaxt üzü gülmədi.
Bizimlə birgə getdi,
Rəsul Rza o günü.
Əlini biz dəfn etdik,
Boz dağın ətəyində!..
Eh, o görə bilmədi
Paşanın toy-düyünün.
Ancaq neçə gün qabaq
Görmüşdü Əzrayılı.
Vəsiyyət də yazmışdı
Dostlarına o ki, var,
Biz də yaxın qoymadıq.
Qoymadıq ki, qəşş edər
Bax, o körpə fidanlar...
* * *
Lalə rəngi geyibdir,
Bax, bu günkü gecəmiz.
Sabahın baxan gözü
Bizi necə gözləyir?
Gəzdiyimiz küçəmiz
Onsuz bizi izləyir.
Mən şəfa verməyirəm
Heç kimə, heç bir zaman.
Məsləhətsə verməyə,
Hazıram dayanmadan...
Elza bacım böyütdü,
Üç oğlunu atasız...
Hər biri alim oldu,
Əlinin istəyincə.
Arzular da doğuldu,
Əlinin istəyincə.
Paşanın oğlu Əli
Qururla gəzir indi,
Nənə nəvəyə baxıb,
Gör, nə qədər sevindi.
Hər üç oğul atadır,
Fərəhlidir həyatı.
Hamısının baxışı,
Atasının arzusu,
Yüz şeir nəqaratı,
Kaş ki, gələ biləydi,
Kaş ki, görə biləydi
Əli Kərim bu günü!
Bax, qəlbi isinərdi,
Ovudardı könlünü,
Uzadardı ömrünü.
Təzə şerlər yazıb
Nəğmələr bəsləyərdi,
Dostlarını bu anda
Xoş günə səsləyərdi.
Ancaq indi Göyçayda
El gəlir ziyarətə,
Əli baxır, səsləyir
Hamını səadətə...
Əli Kərim parkı da
Əllərə çiçək verir.
Qızıl şəfəqli günlər
Hamıya ürək verir...
Telman Dəmir
30.06.09.
(poema)
Biz qapıda dayandıq,
Titrək barmaqlarımla
Asta döydüm qapını.
Gözlükdən baxdım içəri,
Heç nə görə bilmədim,
Nə kölgə, nə qaraltını.
Susdum, kimsə qapı dalından
-Kimdir? – deyə astaca pıçıldadı.
Sonra da taxta nimdaş qapı
Asta-asta açıldı.
Görən kimi o məni
Kirpiyini çalaraq
Hönkür-hönkür ağladı.
Bir neçə an tutuldum,
Onun hıçqırıqları
Ürəyimi dağladı.
Təkcə dodaqlarında
- Sənsən? – sözünü dedi.
Qapını açaraq
Bizi otağa ötürdü...
Tanış etdim Zümrüdü,
Qucaqlaşıb öpüşdülər.
Elə bil ki, yüz ildi tanışdılar,
İllər arxasından gəlib onlar,
Təzədən görüşdülər.
Üç körpə görüb bizi
Min təlaşa düşdülər.
Zümrüdlə hər üç oğlan uşağı
Ən doğma adam təki
Öpüşüb görüşdülər.
Yarı zirzəmi otaqda,
Yorğun lampa işığında
Dayandıq biz lal kimi.
Biz də yorğun yolçu tək
Baxışdıq xəyal kimi.
Başını saldı aşağı,
Sanki günahkar kimi
Bizdən ayrıldı,
Hər üç oğlan uşağı...
Bir il idi gəlmirdim,
Tanıdığım, oxuduğum
Məşhur kitabın ilk səhifəsini
Oxumağa qorxurdum.
Axı ondan sonra mən
Asfalt yollara -
Bu ünvana uzaqdan baxırdım.
Qoçaqlığım çıxıb yaddan,
Tüstüsüz, alovsuz
Alışıb yanırdım, ancaq
Qorxmurdum oddan.
Çay gətirdi o bizə,
Masa arxasında
Dayanmışdıq üz-üzə.
İyirmi doqquz illik
Qara şəvə saçları
Ağarmışdı necə də!
Cüt o qara gözlər
Batmışdı sanki
Qaranlıq gecədə
Dəniz dərinliyində...
İtmişdi elə bil ki,
Otağın şirinliyi də.
Otağın küncündə
Kitab rəfindən
Boylanırdı Heminquey,
Onunsa boynundakı
Alabəzək şarfdan
Görünürdü
Yana daranmış,
Sıralanmış saçları.
Bir də, bir də
Dişləri arasından
Görünürdü həzin təbəssümü,
Baxdıqca itirirdim özümü.
Təbəssümü içində
Bir kədər də var idi.
Qəmli o baxışlarda
Bir səhər də var idi.
Hamı susmuş, danışmır,
Xəyal qaçmış uzağa.
Elə bil ki, düşmüşdük
Sibirdəki sazağa.
Elza pozdu sükutu,
- Artıq nə etmək olar!?
Ötüb keçən araya,
Allah ömür versin,
Böyük Rəsul Rzaya!
Düzəldib məni işə.
Fikirlərim dağılır,
Başım qarışır kitablara,
Yol getmirəm keçmişə.
Paşa, Azər böyüyür,
Orxan da dingildənir,
Süleyman babasın görür.
Qapı dalında gizlənir...
Bu an qapı döyüldü,
Gəldi Süleyman kişi,
Bizi görən tək onun
Sanki, artdı təşvişi.
- Nə yaxşı qonağın var!
Çoxdan görünmür gözə.
Nə əcəb, xanımıyla
O, qonaq gəlib bizə!
Salamlaşıb, görüşdük,
Dayandıq lap üz-üzə.
Keçmişləri bölüşdük,
Söz calandı təp-təzə.
Həyəcanlı anlarda
Danışmaq da çətindir.
Keçən hicranlı günlər
Mənim də qismətimdir...
Dünya vəfasız imiş,
Ömrün vəfası buymuş!
Uzaqdan baxmaq ilə
Kimlər bu hissi duymuş!..
* * *
Oxumağa gəlmişdim
Darülfünə, Bakıya...
Kəndçi bir bala idim
Yel əsirdi başımda,
Binalara baxırdım
Xəzər də yaddaşımda.
Uzun saçlı oğlanlar
Şalvar geyən qızlarla,
Mavi buludlar kimi
Sıxlaşıb, toqquşurdular,
Nabələd fikirlərsə
Beynimdə çaşırdılar.
Qəribə, gözlənilməz
Havalar da olurdu,
Şeir yazmaq həvəsim
Başıma tez dolurdu.
Uydururdum sözləri
Xəzərin nəfəsinə.
Qafiyələr, rədiflər
Tapırdım hərəsinə...
“Ulduz” jurnalı alıb
Ünvanını öyrəndim.
Təzə şerlərimlə
Həmin ünvana gəldim.
Məni çoxu dinlədi:
Məmməd, Tofiq dinlədi.
Şerləri qaytarıb
Məni yola saldılar.
Məndən hayif aldılar.
Dedilər ki, zəifdir,
Hələ şeir deyildir.
Biri kobudca dedi:
- “Sən sərsəmsən,
Yazdıqların veyildir”.
Kor-peşiman addımladım
Bir baxçanın içinə.
Dəli şeytan dedi ki,
Heç nə alma vecinə!...
Baxçada oturacaqda
Xeyli xəyala daldım.
Ötən gün şeirlərin
Bir-bir yadıma saldım.
Bu an başım üstündə
Parladı yeni şimşək.
- Çox da rahatsız olma,-
söylədi o,
Bir an gülümsəyərək.
- Hamısı zəif deyil,
Bəzisi açıb çiçək.
Yaxşı yazmaq üçün sən
Çoxlu oxuyasan gərək!
Sonra əlin uzadıb,
- Əli Kəriməm, - dedi.
Adıma qafiyə de!
- Bəli, dərdi sərimsən,- dedim.
Xeyli gülümsəyərək
Əlimi bərk-bərk sıxdı,
Sonrakı dostluqlarda
Hər şey yadımdan çıxdı.
O anlar, o zamanlar
Onun yanına gələrdi
Biri Vaqif İbrahim,
Biri – Adil Rəsul,
Biri də Sarı Vaqif...
Hərəsinin öz yeri,
Hərəsində bir üsul.
Biri əməldə vaqif,
O birisi günlərə.
Mən də ölçüb biçirdım
Sözlərimi min kərə...
Çox uzun yaşamadı...
İndi sükut içində
Unutmuram o adı...
Şeir də gəldi, getdi,
Şair də gəldi, getdi.
İlahinin işidi,
Taleh gör nələr etdi!..
Bir poema üstündə
Ona nələr dedilər...
“Bir santimetr balladayla”
Onu ləkələdilər.
İşdən azad etdilər,
Ağır oldu dərd ona
İçində çəkdi dərdi.
Ədalətsiz hökmlər
Həyata itki verdi...
Ayrılıq da, itki də
Bu şeirə vida dedi.
Təhlükəli baxışlar,
İstedadları yedi!!!
Bircə ona şadam mən,
Ona dediyim sözlər,
Oxuduğum şeirlər,
Sonradan yerin tutdu.
Ona kim qurğu qurdu
Həyat özü onları
Yer üzündə unutdu...
Ancaq Əli qəlblərdə
Yaşayır çiçək kimi.
Şeiri gənc dodaqlarda
Səslənir ürək kimi...
O, çox çətin yaşadı,
O, nigaran yaşadı
Susdu, yandırdı özün
Hadi kimi sözüylə
Kor etdi çoxunun gözün.
Ürək dostu olanlar
Ona məhrəm oldular.
Zatı xilaf qalanlar
Adıyla adlandılar...
* * *
Ürək dostu –
bir nəfər
Ona qardaş demişdi.
İnamla, əqidəylə
Etibarlı, məqsədsiz
Ona can-baş demişdi.
İnanıb istedadına,
Qələminə, adına
Şübhəsiz imkanlara,
Müqəssir adamlara
Baxaraq maddım-maddım,
Ürəyi yana-yana
Baxıb bahara, yaza
Ona qardaş – demişdi
Böyük şair Rəsul-Rza!
Ağli-qaralı günlər
Ötürdü yavaş-yavaş.
Sınıq könlü olanı
Necə qorusun qardaş?!
Ən böyük qardaşısa,
Böyük Fikrət Qocaydı.
Sanmayın onun boyu
Kimlərdənsə ucaydı.
Əqli Kamil insandı
Yoldaşlar arasında.
Az görünərdi gözə,
Bəzən itib batardı
Şerinin sırasında.
Fikrət Sadıq da yaxın,
Lap yaxın qonşu idi.
Uşaqlarçün yazardı,
Çiyninə ədalətli
Bir nəfəs qonmuş idi.
Haqqa inanardı Əli,
Baş əyməzdi heç kimə.
Nə Calala baş əydi,
Nə də pullu Rahimə.
Dərdi çəkdi içinə,
Heç kəsə dərd vermədən
Gizildədi, sızladı
Heç bir dosta demədən.
Onda qüsur yox idi,
Əhməd cavadınkı tək,
Müşfiqi düşünərdi,
Cavid tək üşünərdi
Düşünüb qüsur haqda
Susur, susurdu o,
Sinəsində bir ürək.
Suallar və cavablar
Qalırdı qüsur kimi.
Qəlbində iztirablar
Susdururdu qəlbini.
Əziz bacım Elza da
Düşünürdü, susurdu.
Sanki müqəssir idi,
Cavabları udurdu...
Ədalət axtaranlar
Sübut, dəlil tapmırdı.
Bu an Əli Kərimdə
Sanki, nəsə çatmırdı...
Ürəyimlə deyirəm
Bu sözləri indi mən.
Həqiqəti deyirəm,
Ədalətlə deyirəm:
-Çıx qəlbimdən qalmasın
Böyük kədər
Böyük qəm!
Qoy qalmasın içimdə...
Sərdar Əsəd dərdi də
Əliyə bir yük idi.
Sərdarın faciəsi
Hər işdən böyük idi,
Saxlayırdı içində,
Heç kimə söyləmirdi.
Sanki susmağı ilə
Çox şeylər gözləyirdi.
Gizlədirdi içində
Neçə qəmi, kədəri.
Beləcə o, açırdı
Gecələrdən səhəri.
Həmişə düşünərdi,
Paşa, Azər Orxanı...
Onların gələcəyi –
Onların görəcəyi
Yenilməz bir quş kimi
Düşündürərdi Elzanı.
Əlininsə sükutu
Ovutmazdı insanı...
***
Oğlanlarla oynayır
Atılıb düşər Əli.
Çətin günlər çox olub...
Məgər cinayət olub?
Yalandan söyləyəkmi?
Sonu bəraət olub:
- Bəli!
Ona ittiham yoxdur,
Ona bəraət ola!
O böyük şair idi,
Xalqa xidməti olan!
O hər dərdə dözürdü,
O, özünü üzürdü...
İçindəki ağrılar
Onu doğrayır, kəsir.
O isə durub dözüb
Heç kimə söyləmirdi.
Bəlkə düşünürdü ki,
Ömrün son anlarıdır...
Bəlkə düşünürdü ki,
Bütün bunlar hamısı
Allahın fərmanıdır.
Haqqa qənim çıxanlar,
Ədalətli, insanı
Nahaqdan yandıranlar
Hər an düşünürdülər,
Onların dövranıdır.
Ancaq çoxu bilmədi,
Kəsiləntək səsləri,
İtəntək nəfəsləri
Unudulacaqdır onlar,
Pozulacaqdır onda
O zamankı qanunlar...
Əsil insandan isə
Qalacaqdır nəğmələr.
Qaranlıqlar düşsə də,
Açılacaq al-səhər
Deyər, gülər, danışar
Onun haqda nəsillər,
Canlanar xatirələr!...
O sevirdi torpağını,
Sevirdi Vətənini,
Sevirdi həm gəncliyi.
Ailəsini sevirdi,
Üç oğlunu sevirdi,
Canından əziz,
Canından artıq olan
O, onları bilirdi.
-Gəl Azərim,- deməklə
Canı fəda verirdi.
O sevirdi Xəzərin
Sahilində gəzməyi.
O sevirdi Göyçayın
Çaylarında çimməyi.
Gecələr çıl-çıraqlı
Bakı küçələrində
İşıqlara baxardı,
Xumarlanıb durardı.
Qırmızı, yaşıl, sarı
İşıqforu seyr edər,
Ümüd çıraqlarıyla
Mənzilinə o gedər.
Xəzərin sahilində
Qum üstə gəzinərdi.
Suların sahilində
Qağayılara baxar,
Qəlbi onlarla birgə,
Sevinər əzizlənərdi.
Bir gün öz qələmini
Qağayılara da atdı.
Elə düşündüm bu an
O faciə yaratdı.
Bil ki, daha yazmıram,
Söylədi o dənizə.
Dəniz kükrədi- daşdı,
Ləpələr hönkürləyib,
Lap yaxın gəldi bizə.
Qələm batdı sularda,
Kağız olmadı orda,
Yazıb şeir yaratsın.
Əgər kədər gələrsə,
Əzrayıl ölüm desə,
Bax, ona güllə atsın.
Baxışlardan ayrıldı,
Duruşlardan ayrıldı.
Tələsdi sevgisiylə
Görüşsün, ayrılmasın!
Xoş bahar müjdəsiylə
Görüşsün, ayrılmasın!
Anasının səsiylə
Yazsın təzə şeirlər.
Hərdən belə deyirlər
Düşünsün, ayrılmasın!
Eh, mənim də xəyalım
Sərsəmləyir rüzgar tək,
Nə istəsən sən düşün,
Gör, nələr edir fələk?!
İndi lalam, dinməzəm,
Töyşüyürəm paravoztək.
Elə bil ki yad deyil,
Qışın orta çağıdır,
Körpə fidan kimi
üşüyürəm
Lap kimsəsiz insan tək...
Sıxır məni qüssə, qəm,
Dolanır bütün aləm;
Yadıma saldıqca
Olub keçəni,
o qara gecəni,
ağır gecəni
Quruyur dodağım,
Yanır yanağım,
Keçir bir rüzgar...
Məndən əl çəkməyir,
Köhnə yuxular...
Ayrılıq ölümdən
Ağırmış – ağır,
Ayrılıq ölümdən
Betərdən-betər!
İndi həsrət, ümid
De, kimə yetər?
Səmada ulduzlar
Bir-birini çağırır,
Necə pıçıldayır
Biri-birinə.
Biri batır- gedir,
O biri də qalxır,
Ayın yerinə...
Tənhalıq da yamanmış!
Ay, mənim Elza bacım,
O bizi atdı, getdi...
Bax, o canı yanmış
Bizi aldatdı, getdi.
Rəsul Rza sarsıldı
Onun bu itgisindən...
Ancaq o şux dayandı.
Ayrılmadı bizlərdən-
Azəri ölkəsindən.
Anar Krımda idi,
Gəlib çata bilmədi.
Yazar ömrü belədi,
Sonra gəlib çıxsa da,
Heç vaxt üzü gülmədi.
Bizimlə birgə getdi,
Rəsul Rza o günü.
Əlini biz dəfn etdik,
Boz dağın ətəyində!..
Eh, o görə bilmədi
Paşanın toy-düyünün.
Ancaq neçə gün qabaq
Görmüşdü Əzrayılı.
Vəsiyyət də yazmışdı
Dostlarına o ki, var,
Biz də yaxın qoymadıq.
Qoymadıq ki, qəşş edər
Bax, o körpə fidanlar...
* * *
Lalə rəngi geyibdir,
Bax, bu günkü gecəmiz.
Sabahın baxan gözü
Bizi necə gözləyir?
Gəzdiyimiz küçəmiz
Onsuz bizi izləyir.
Mən şəfa verməyirəm
Heç kimə, heç bir zaman.
Məsləhətsə verməyə,
Hazıram dayanmadan...
Elza bacım böyütdü,
Üç oğlunu atasız...
Hər biri alim oldu,
Əlinin istəyincə.
Arzular da doğuldu,
Əlinin istəyincə.
Paşanın oğlu Əli
Qururla gəzir indi,
Nənə nəvəyə baxıb,
Gör, nə qədər sevindi.
Hər üç oğul atadır,
Fərəhlidir həyatı.
Hamısının baxışı,
Atasının arzusu,
Yüz şeir nəqaratı,
Kaş ki, gələ biləydi,
Kaş ki, görə biləydi
Əli Kərim bu günü!
Bax, qəlbi isinərdi,
Ovudardı könlünü,
Uzadardı ömrünü.
Təzə şerlər yazıb
Nəğmələr bəsləyərdi,
Dostlarını bu anda
Xoş günə səsləyərdi.
Ancaq indi Göyçayda
El gəlir ziyarətə,
Əli baxır, səsləyir
Hamını səadətə...
Əli Kərim parkı da
Əllərə çiçək verir.
Qızıl şəfəqli günlər
Hamıya ürək verir...
Telman Dəmir
30.06.09.
Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |