Şrift:
Devid Kemeron: Rusiyanın Ukraynaya qarşı siyasəti ona baha başa gələcək
03.03.2014 [11:11] - Gündəm, Siyasət
Böyük Britaniyanın baş naziri Devid Kemeron ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb.


APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə D.Kemeron “Twitter” səhifəsində yazıb.



D.Kemeron Rusiyanın Ukrayna ilə bağlı addımlarını yolverilməz adlandırıb.



“Obama ilə axşam danışdım. Ümumi fikrimiz belə oldu ki, Rusiya siyasi kursunu dəyişməsə, Ukraynaya qarşı addımları ona baha başa gələcək”.



Həmçinin məlum olub ki, ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkel ilə telefonla danışıb. Ağ evin rəhbəri Rusiya hərbçilərinin Ukrayna ərazisində peyda olmasını qanunsuz adlandırıb.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed